Express Bank
Reklam və Marketinq şöbəsi/müdir
Son tarix 01 may 2025 - Müraciət et
Təsvir
- Bankın Reklam, PR və Brend siyasətinin prinsiplərinə uyğun olaraq işin qurulması;
- Marketinq strategiyasının planlaşdırılması və icrasına nəzarət edilməsi;
- Marketinq şöbəsinin illik büdcəsinin hazırlanması və idarə edilməsi;
- Bazar araşdırmaları, rəqiblərin məhsul və satış təhlilin aparılması;
- Reklam işinin operativ, ardıcıl və effektiv təşkili üçün media planın hazırlanmasında iştirak;
- Yeni məhsulların və xidmətlərin tətbiqi prosesində yaxından iştirak edərək, onlarla bağlı reklam kampaniyalarının həyata keçirilməsi;
- Reklam, dizayn şirkətləri və informasiya agentlikləri ilə əlaqələrin qurulması;
- Reklam büdcəsinin işlənib hazırlanmasında iştirak;
- Şöbənin fəaliyyəti ilə bağlı hesabatların hazırlanması və İdarə Heyətinə təqdim edilməsi;
- Cari və potensial müştərilər haqqında məlumatların toplanması, araşdırılması və təhlilinin aparılmasının təmin edilməsi.
Tələblər
- Ali təhsil;
- Analoji sahədə ən azı 3 il iş təcrübəsi (idarəçilik təcrübəsi olanlara üstünlük verilir);
- Marketinq kommunikasiya kanalları ilə işləmə bacarığı;
- Azərbaycan, rus və ingilis dillərində sərbəst danışıq bacarığı;
- MS Windows, MS Office (Excel, Word, Outlook) əla səviyyədə bilmək.
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
- Yaradıcı, innovativ və strateji düşünmə bacarığı;
- Liderlik bacarıqları.
Vakansiya haqqında
- Son tarix May 1, 2025
- Vakansiya növüm Tam ştat
- Təcrübə 3-4 il
- Vəzifə dərəcəsi Direktor
- Təhsil Bakalavr
Biznes xidmət üzrə mütəxəssis (Lənkəran filialı)
Son tarix 01 may 2025
Təsvir
- ARMB-nın, bankdaxili prosedur və qaydalara əsasən fərdi sahibkar və hüquqi şəxslərə yüksək səviyyədə xidmətin göstərilməsi;
- Hüquqi şəxs hesabları üzrə əməliyyatların aparılması;
- Hüquqi şəxslərin xarici köçürmələrini bankdaxili prosedurlara uyğun icra olunması;
- Korporativ müştərilərə bankın məhsul və xidmətləri barədə məlumat verilməsi/xidmət göstərilməsi;
- Vergi və məhkəmə orqanlarından daxil olmuş sərəncamların reyestrinin aparılması.
Tələblər
- Ali təhsil (Maliyyə, iqtisadiyyat, bank işi və ya digər müvafiq ixtisas üzrə);
- MS Office (Word, Excel) proqramları üzrə biliklər;
- Azərbaycan və rus dillərində səlis nitq və fikirlərini izah etmə bacarığı;
- Minimum 6 ay korporativ xidmət təcrübəsi arzuolunandır;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- Ünsiyyət qurma bacarığı və işə məsuliyyətli yanaşma;
- Analitik düşüncə, təhlil etmə və qərarvermə qabiliyyəti.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə - 1-2 il
- Təhsil - Bakalavr