Express Bank
Reklam və Marketinq şöbəsi/müdir
Son tarix 13 fev 2025 - Müraciət et
Təsvir
- Bankın Reklam, PR və Brend siyasətinin prinsiplərinə uyğun olaraq işin qurulması;
- Marketinq strategiyasının planlaşdırılması və icrasına nəzarət edilməsi;
- Marketinq şöbəsinin illik büdcəsinin hazırlanması və idarə edilməsi;
- Bazar araşdırmaları, rəqiblərin məhsul və satış təhlilin aparılması;
- Reklam işinin operativ, ardıcıl və effektiv təşkili üçün media planın hazırlanmasında iştirak;
- Yeni məhsulların və xidmətlərin tətbiqi prosesində yaxından iştirak edərək, onlarla bağlı reklam kampaniyalarının həyata keçirilməsi;
- Reklam, dizayn şirkətləri və informasiya agentlikləri ilə əlaqələrin qurulması;
- Reklam büdcəsinin işlənib hazırlanmasında iştirak;
- Şöbənin fəaliyyəti ilə bağlı hesabatların hazırlanması və İdarə Heyətinə təqdim edilməsi;
- Cari və potensial müştərilər haqqında məlumatların toplanması, araşdırılması və təhlilinin aparılmasının təmin edilməsi.
Tələblər
- Ali təhsil;
- Analoji sahədə ən azı 3 il iş təcrübəsi (idarəçilik təcrübəsi olanlara üstünlük verilir);
- Marketinq kommunikasiya kanalları ilə işləmə bacarığı;
- Azərbaycan, rus və ingilis dillərində sərbəst danışıq bacarığı;
- MS Windows, MS Office (Excel, Word, Outlook) əla səviyyədə bilmək.
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
- Yaradıcı, innovativ və strateji düşünmə bacarığı;
- Liderlik bacarıqları.
Vakansiya haqqında
- Son tarix fevral 27, 2025
- Vakansiya növü Tam ştat
- Təcrübə 3-4 il
- Vəzifə dərəcəsi Direktor
- Təhsil Bakalavr
Biznes Bankçılıq Departamenti/Sifarişlərin təhlili və strukturlaşdırılması şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi/böyük mütəxəssisi
Son tarix 13 fev 2025 Müraciət et
Təsvir
- Daxil olmuş sifarişlərə biznesin olduğu yerlərdə baxış keçirilməsi, bankın daxili prosedur və daxili normativlərinə uyğun olaraq maliyyə və biznes təhlili edilməsi;
- Təqdimat formalarının, memorandumlarının hazırlanması;
- Mövcud bazar risklərinin aydınlaşdırılması;
- Yekun kredit sifarişinin kredit komitəsinə təqdim olunması;
- Müvafiq hesabatların hazırlanması.
Tələblər
- Maliyyə təhlili ilə bağlı yüksək bilik və bacarıqların olması;
- Riyazi və analitik düşünmə;
- Bazar və əməliyyat risklərinin müəyyən edilməsi bacarığı;
- Ofis proqramlarında yaxşı səviyyədə işləmə bacarığı;
- Təqdimat bacarığı;
Əlavə tələblər
- ACCA F3, F7 və s. sertifikatlarının olması, ofis proqramlarında yüksək bilik və bacarıqların olması arzu olunanadır.
- Mikro və ya KOB(Biznes) kreditlərində satış təcrübəsi olanlara üstünlük veriləcəkdir.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
- Təcrübə 1-2 il
- Vəzifə dərəcəsi Mütəxəssis
- Təhsil Bakalavr
Risklərin İdarə Edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi
Son tarix 13 fev 2025 Müraciət et
Təsvir
- Biznes və mikro kreditlərin planlı və növbədənkənar monitorinqinin keçirilməsində iştirak edir;
- Səlahiyyətli şəxs/orqan tərəfindən təsdiq edilmiş monitorinq planlarının icrasını təmin edir;
- Bank üzrə qəbul edilən qərarlardan irəli gələn vəzifələri, bankdaxili əmr, sərəncam və göstərişlərin tələblərini yerinə yetirir;
- Şöbə müdirinin tapşırığına əsasən əsasnaməyə və bankdaxili normativ sənədlərə uyğun vəzifələri yerinə yeritir.
Tələblər
- Ali iqtisadi təhsil;
- Analoji sahədə 1 ilə qədər iş təcrübəsi;
- Microsoft Office üzrə biliklər;
- Analitik düşüncə və təhlil etmə bacarığı;
- Ünsiyyətqurma qabiliyyəti;
- Beynəlxalq sertifikatların ACCA (F3) olması üstünlükdür.
Vakansiya haqqında
- Son tarix fevral 5, 2025
- Vakansiya növü Tam ştat
- Təcrübə 1 ilədək
- Vəzifə dərəcəsi Mütəxəssis
- Təhsil Bakalavr