Express Bank
Reklam və Marketinq şöbəsi / Merçandayzer
Son tarix 12 yan 2025 - Müraciət et
Təsvir:
- Bütün filiallarda tətbiq edilmiş çap materialları və digər reklam ləvazimatlarının düzgün yerləşdirilməsinin, istifadə edilməsinin təmin edilməsi və monitorinqinin aparılması;
- Bakı və region filialları daxil olmaqla, Banka məxsus bütün reklam lövhələrinin monitorinqi;
- ATM və ödəniş terminallarının, xidmət şəbəkəsinin eksteryerinin və s. mövcud marketinq siyasəti, brend kitabı və korporativ üslubun tələblərinə uyğunluğuna nəzarət;
- Quraşdırılan reklam avadanlıqlarının düzgünlüyünə nəzarət;
- Filiallarda görülmüş merçandayzinq işlərinin təhlili və aşkarlanan boşluqları aradan qaldırmaq, bu istiqamətdə təkliflərin verilməsi;
- Digər struktur bölmələri/kənar şirkətlər ilə koordinasiyalı şəkildə işin aparılması;
- Keçirilən tədbir və layihələrdə iştirak;
- Mütəmadi olaraq müəyyən olunmuş qaydada fəaliyyət haqqında hesabatın hazırlanması.
Tələblər:
- Ali təhsil;
- Marketinq və merçandayzinq üzrə biliklər;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Ünsiyyət bacarığı və məsuliyyətlilik.
Universal Bank işçisi( Qusar filialı)
Son tarix 09 yan 2025 - Müraciət et
Təsvir
- Filiala yaxınlaşan müştərilərin bankdaxili qaydalara uyğun olaraq qəbul edilməsi;
- Kredit və qeyri-kredit məhsullarinın satışının həyata keçirilməsi;
- Müqavilənin şərtlərini pozmuş müştərilərlə daimi iş aparır və borcların ödənilməsini istiqamətində iş aparır;
- Müştərilər tərəfindən təqdim olunan ödəniş sənədlərinə əsasən onların hesabları üzrə əməliyyatları həyata keçirir.
Tələblər
- Ali iqtisadi təhsil;
- Bank və ya kredit sahəsi üzrə 1 ildən çox təcrübəsi olanlara üstünlük verilir;
- Məsuliyyətli, detallara diqqət yetirmə və kredit sifarişlərinin düzgün təhlil etmə bacarığı;
- Azərbaycan dilində səlis yazmaq və danışmaq qabiliyyəti, rus dili biliyi arzuolunandır.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
- Təcrübə 1 ilədək
- Vəzifə dərəcəsi Mütəxəssis
- Təhsil Bakalavr
Biznes xidmət üzrə mütəxəssis (Lənkəran filialı)
Son tarix 12 yan 2025 Müraciət et
Təsvir
- ARMB-nın, bankdaxili prosedur və qaydalara əsasən fərdi sahibkar və hüquqi şəxslərə yüksək səviyyədə xidmətin göstərilməsi;
- Hüquqi şəxs hesabları üzrə əməliyyatların aparılması;
- Hüquqi şəxslərin xarici köçürmələrini bankdaxili prosedurlara uyğun icra olunması;
- Korporativ müştərilərə bankın məhsul və xidmətləri barədə məlumat verilməsi/xidmət göstərilməsi;
- Vergi və məhkəmə orqanlarından daxil olmuş sərəncamların reyestrinin aparılması.
Tələblər
- Ali təhsil (Maliyyə, iqtisadiyyat, bank işi və ya digər müvafiq ixtisas üzrə);
- MS Office (Word, Excel) proqramları üzrə biliklər;
- Azərbaycan və rus dillərində səlis nitq və fikirlərini izah etmə bacarığı;
- Minimum 6 ay korporativ xidmət təcrübəsi arzuolunandır;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- Ünsiyyət qurma bacarığı və işə məsuliyyətli yanaşma;
- Analitik düşüncə, təhlil etmə və qərarvermə qabiliyyəti.
Vakansiya haqqında
- Son tarix yanvar 19, 2025
- Vakansiya növü Tam ştat
- Təcrübə 1-2 il
- Vəzifə dərəcəsi Mütəxəssis
- Təhsil Bakalavr
Əməliyyatlar üzrə mütəxəssis/aparıcı mütəxəssis (Qusar filialı)
Son tarix 12 yan 2025 Müraciət et
Təsvir
- Kredit və qeyri-kredit sahəsi üzrə əməliyyatların qaydalara uyğunluğunun yoxlanılması və avtorizasiya edilməsi;
- Kredit və qeyri-kredit sahəsi üzrə icra olunan əməliyyatlara dair sənədlərin qovluq halında saxlanması;
- Müştərilərə məktubların göndərilməsi və s. sənədləşdirmə işinin təşkili.
Tələblər
- Təhsil: Ali (İqtisadi) :
- Kredit və ya əməliyyat sahəsi üzrə azı 1 il təcrübə;
- Bank qanunvericiliyinə aid təlimatlar:
- Məsuliyyətlilik;
- Detallara diqqət yetirmə.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
- Təcrübə 1-2 il
- Vəzifə dərəcəsi Mütəxəssis
- Təhsil Bakalavr