Express Bank
Universal bank işçisi (Lənkəran filialı)
Son tarix 09 avq 2024 - Müraciət et
Təsvir:
- Filiala yaxınlaşan müştərilərin bankdaxili qaydalara uyğun olaraq qəbul edilməsi;
- Kredit və Qeyri kredit məhsullarinın satışının həyata keçirilməsi;
- Müqavilənin şərtlərini pozmuş müştərilərlə daimi iş aparır və borcların ödənilməsini istiqamətində iş aparır;
- Müştərilər tərəfindən təqdim olunan ödəniş sənədlərinə əsasən onların hesabları üzrə əməliyyatları həyata keçirir;
Tələblər:
- Təhsil: Ali (İqtisadi);
- Məsuliyyətlilik;
- Universal və ya kredit sahəsi üzrə təcrübəsi olanlara üstünlük verilir;
- Detallara diqqət yetirmə və kredit sifarişlərinin düzgün təhlil etmə bacarığı.
Mikro kreditlər üzrə kiçik mütəxəssis (Lənkəran filialı)
Son tarix 09 avq 2024 Müraciət et
Təsvir:
- Kredit bazarını təhlil edir və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsləri cəlb edir;
- Mikro kreditlər üzrə sifarişləri qəbul edir, kreditləri bankın daxili prosedur və qaydalarına uyğun verilməsi və sənədləşdirilməsi üçün sənədləri toplayır;
- Mikro kreditlərin təhlil edilməsi, maliyyə hesabatlarının hazırlanması, girovun qiymətləndirilməsi məqsədilə ilkin monitorinq keçirir;
- Kredit memorandumunu tərtib edir və digər sənədlərlə birgə kredit komitəsinin müzakirəsinə çıxarılması üçün Qrup rəhbərinə və ya Koordinatora təqdim edir;
- Kredit verilməsinə müsbət rəy alındıqda kredit məlumatlarını ABİS-ə daxil edilməsi üçün müvafiq əməkdaşa təqdim edir;
- Kredit müqaviləsi və ödəniş cədvəli üzrə borcların vaxtında ödənilməsini təmin edir;
- Müqavilə şərtlərini pozmuş müştərilərlə daimi iş aparır və borcların ödənilməsi istiqamətində tədbirlər görür.
Tələblər:
- Ali təhsil;
- Təhliletmə qabiliyyəti və ünsiyyətqurma bacarığı;
- Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
- Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti;
- Komandada işləmək bacarığı.
Biznes satış üzrə mütəxəssis/aparıcı mütəxəssis/böyük mütəxəssis (Lənkəran filialı)
Son tarix 09 avq 2024 Müraciət et
Təsvir:
- KOB müştərilərin Banka cəlbinin və məhsul satışının həyata keçirilməsi;
- Potensial müştərilərlə aparılan görüşlərin və danışıqların nəticələrinin məlumat bazasında gündəlik olaraq qeydinin aparılması;
- Biznes məhsullar üzrə sifarişlərin qəbul edilməsi, müvafiq sənədləri toplanması;
- Müvafiq limit çərçivəsində sifarişlərin təhlil edilməsi;
- Müştərilərin öhdəliklərinin vaxtında yerinə yetirilməsinin təmin edilməsi;
- Mövcud müştəri portfelinə gündəlik nəzarət;
- Aylıq satış planlarının yerinə yetirilməsi.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə ən az 6 ay iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti, rus/ingilis dili bilməsi arzuolunandır;
- Ünsiyyət qurma və komandada işləmək bacarıqları.
Mikro kreditlər üzrə qrup rəhbəri (Lənkəran filialı)
Son tarix 09 avq 2024 Müraciət et
Təsvir:
- Mikro kreditlərə dair prosedurların və daxili normativ sənədlərin icrasına nəzarət edir;
- Mikro kredit məhsullarının satışı prosesinin keyfiyyətli şəkildə təşkil və icra olunmasına nəzarət edir;
- Mikro kredit məhsulları üzrə mövcud il üçün təsdiqlənmiş və Bankın büdcə planında nəzərdə tutulmuş satış planlarının həyata keçirilməsinə nəzarət edir;
- Müvafiq Kredit Komitəsinə təqdim olunan mikro kredit sifarişlərinin təhlilində, müzakirələrdə iştirak edir və öz rəyini verir;
- Filialın mikro kreditlər portfelini təhlil edir, müvafiq hesabatları hazırlayır və portfelə nəzarət edir;
- Mikro kredit sahəsində çalışan filialdakı qrup əməkdaşlarının işgüzar fəallığının gündəlik qiymətləndirilməsini aparır və bununla bağlı hesabatlar (həftəlik) hazırlayır;
- Mikro kredit sahəsi üçün təcrübəcilərin hazırlanmasında iştirak edir;
- Bankın normativ aktları və sərəncam xarakterli sənədlərinə müvafiq olaraq digər funksiyaları yerinə yetirir.
Tələblər:
- Ali təhsil;
- Kredit sahəsində 4 ildən çox iş təcrübəsi;
- Təhliletmə bacarığı, idarəetmə qabiliyyəti;
- Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
- Ünsiyyətqurma və komandada işləmək bacarığı.
Kassa müdiri-Baş kassir (Lənkəran filialı)
Son tarix 09 avq 2024 Müraciət et
Təsvir:
- Kassanın işçilərinə rəhbərlik edir, onların iş həcmini təhlil edir və iş bölgüsünü aparır;
- Müştərilərə xidmət göstərilməsini təmin edir, əməliyyat günü ərzində nağd pulların və digər qiymətlilərin mədaxili və məxaricini həyata keçirir;
- Xəzinəyə daxil olan və çıxan vəsaitlərin əməliyyatlarını aparır və nəzarət edir;
- Gündəlik nağd manat ve valyuta ehtiyyacının müəyyən edilməsində iştirak edir;
- Xəzinədə olan pulun, digər qiymətlilər və sənədlərin lazımi qaydada mühafizəsinin təşkil edilməsində iştirak edir;
- Valyuta mübadiləsi əməliyyatlarını həyəta keçirir;
- Xəzinədə olan qiymətlilərin qorunmasına və düzgün istifadəsinə görə cavabdehlik daşıyır.
Tələblər:
- Təhsil: Maliyyə sahəsi üzrə Bakalavr və ya Magistr dərəcəsi;
- Tələb olunan iş təcrübəsi: Müvafiq sahədə iş təcrübəsi olanlara üstünlük verilir
- Valyuta bazarı və Törəmə alətləri, yerli və Beynəlxalq Bazarlar üzrə peşəkar biliklər.
- Məsuliyyətli, detallara diqqət yetirməli;
- Azərbaycan dilində səlis yazmaq və danışmaq qabiliyyəti, rus dili biliyi arzuolunandır;
Əməliyyatlar üzrə nəzarətçi (Lənkəran filialı)
Son tarix 09 avq 2024 Müraciət et
Təsvir:
- Kredit və qeyri-kredit sahəsi üzrə əməliyyatların qaydalara uyğunluğunun yoxlanılması və avtorizasiya edilməsi;
- Kredit və qeyri-kredit sahəsi üzrə icra olunan əməliyyatlara dair sənədlərin qovluq halında saxlanması;
- Müştərilərə məktubların göndərilməsi və s. sənədləşdirmə işinin təşkili.
Tələblər:
- Təhsil: Ali (İqtisadi);
- Kredit və ya əməliyyat sahəsi üzrə azı 1 il təcrübə;
- Bank qanunvericiliyinə aid təlimatlara dair biliklər;
- Məsuliyyətlilik;
- Detallara diqqət yetirmə.
Mikro kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis (Lənkəran filialı)
Son tarix 09 avq 2024 Müraciət et
Təsvir:
- Kredit bazarını təhlil edir və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsləri cəlb edir;
- Mikro kreditlər üzrə sifarişləri qəbul edir, kreditləri bankın daxili prosedur və qaydalarına uyğun verilməsi və sənədləşdirilməsi üçün sənədləri toplayır;
- Mikro kreditlərin təhlil edilməsi, maliyyə hesabatlarının hazırlanması, girovun qiymətləndirilməsi məqsədilə ilkin monitorinq keçirir;
- Kredit memorandumunu tərtib edir və digər sənədlərlə birgə kredit komitəsinin müzakirəsinə çıxarılması üçün Qrup rəhbərinə və ya Koordinatora təqdim edir;
- Kredit verilməsinə müsbət rəy alındıqda kredit məlumatlarını ABİS-ə daxil edilməsi üçün müvafiq əməkdaşa təqdim edir;
- Kredit müqaviləsi və ödəniş cədvəli üzrə borcların vaxtında ödənilməsini təmin edir;
- Müqavilə şərtlərini pozmuş müştərilərlə daimi iş aparır və borcların ödənilməsi istiqamətində tədbirlər görür.
Tələblər:
- Ali təhsil;
- Mikro kreditlərin verilməsi sahəsində minimum 1 il iş təcrübəsi
- Təhliletmə qabiliyyəti və ünsiyyətqurma bacarığı;
- Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
- Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti;
- Ünsiyyətqurma və komandada işləmək bacarığı.
Kassir-əməliyyatçı (Lənkəran filialı)
Son tarix 09 avq 2024 Müraciət et
Təsvir:
- Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
- Kassa sənədlərinin Mərkəzi Bankın qaydalarına uyğun olaraq tərtib və təmin edilməsi;
- Qaydalara uyğun valyuta mübadiləsi əməliyyatlarını həyata keçirmək;
- Mərkəzi Bankdan ,filiallardan və ödəniş terminallarından inkassasiya olunan nağd vasitələri qəbul etmək;
- Dövriyyəyə yararsız pul əskinaslarının qəbul edilməsi və dəyişdirilməsini həyata keçirmək;
- Təcili pul köçürmə əməliyyatlarını həyata keçirmək;
- Rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Ali iqtisadi təhsil;
- Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
- Müvafiq sahə üzrə iş təcrübəsi minimum 6 ay;
- Ünsiyyətcil, təşəbbüskar;
- Komandada işləmək bacarığı;
- Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.