Express Bank
Universal bank işçisi (Bakı filialı)
Son tarix 28 iyn 2024 - Müraciət et
Təsvir:
- Filiala yaxınlaşan müştərilərin bankdaxili qaydalara uyğun olaraq qəbul edilməsi;
- Kredit və Qeyri kredit məhsullarinın satışının həyata keçirilməsi;
- Müqavilənin şərtlərini pozmuş müştərilərlə daimi iş aparır və borcların ödənilməsini istiqamətində iş aparır;
- Müştərilər tərəfindən təqdim olunan ödəniş sənədlərinə əsasən onların hesabları üzrə əməliyyatları həyata keçirir;
Tələblər:
- Təhsil: Ali (İqtisadi);
- Məsuliyyətlilik;
- Universal və ya kredit sahəsi üzrə təcrübəsi olanlara üstünlük verilir;
- Detallara diqqət yetirmə və kredit sifarişlərinin düzgün təhlil etmə bacarığı.
Sənədləşdirmə şöbəsinin mütəxəssisi
Son tarix 24 iyn 2024 Müraciət et
Təsvir:
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatın aparılması;
- Əmək müqavilələrinin hazırlanması;
- Əmək qanunvericiliyinə və İdarə Heyəti sədrinin sərəncam və əmrlərinə müvafiq olaraq işçilərin işə qəbulu, başqa işə keçirilməsi, əmək haqqı və iş rejimi dəyişikliyini, işdən azad edilməsini rəsmiləşdirir, elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə əmək müqaviləsi bildirişinin qeydiyyata alınması;
- Bank əməkdaşlarının əmək qabiliyyətlərinin itirilməsi, ezamiyyət, əmək və məzuniyyət və s. üzrə əmrlərin sistemə daxil edilməsi, qeydiyyatının aparılması;
- Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi;
- Arxivə sənədlərin göndərilməsi üçün qovluqların hazırlanması və hesabatının aparılması;
- Əmək kitabçalarının qəbulu, əmrlər əsasında doldurulması, müvafiq dəyişikliklərin aparılması, saxlanılması və yeni əmək kitabçalarının açılması;
- Əmək kitabçalarının və şəxsi işlərin qorunması;
- Təqaüdlərin təyin edilməsi üzrə lazımi sənədlərin tərtib edilməsi;
- Kadrlar üzrə hesabatların tərtib edilməsi və tələb olunan yerə təqdim edilməsi;
- Digər kargüzarlıq işlərinin icra olunması;
- Departament direktoru və şöbə müdiri tərəfindən verilən digər tapşırıqların icrası.
Tələblər:
- Ali təhsil;
- Analoji sahədə təcrübə arzuolunandır;
- Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
- Azərbaycan dilində sərbəst, ingilis dilində orta səviyyədə danışıq, yazmaq və oxumaq qabiliyyəti;