Express Bank
Kassir-əməliyyatçı (Qusar filialı)
Son tarix 22 iyn 2024 - Müraciət et
Təsvir:
- Filiala yaxınlaşan müştərilərin bankdaxili qaydalara uyğun olaraq qəbul edilməsi;
- Nağd pul və digər qiymətlilərin qəbulu, verilməsi, valyuta mübadiləsi və səlahiyyətləri daxilində müştəri;
- Xidmətləri əməliyyatlarının icra edilməsi.
Tələblər:
- Təhsil: Ali (İqtisadi);
- Məsuliyyətli, detallara diqqət yetirməli;
- Azərbaycan dilində səlis yazmaq və danışmaq qabiliyyəti, rus dili biliyi arzuolunandır;
- Bankda kassa sahəsi üzrə təcrübəsi olanlara üstünlük verilir
Universal bank işçisi (Bakı filialı)
Son tarix 22 iyn 2024 Müraciət et
Təsvir:
- Filiala yaxınlaşan müştərilərin bankdaxili qaydalara uyğun olaraq qəbul edilməsi;
- Kredit və Qeyri kredit məhsullarinın satışının həyata keçirilməsi;
- Müqavilənin şərtlərini pozmuş müştərilərlə daimi iş aparır və borcların ödənilməsini istiqamətində iş aparır;
- Müştərilər tərəfindən təqdim olunan ödəniş sənədlərinə əsasən onların hesabları üzrə əməliyyatları həyata keçirir;
Tələblər:
- Təhsil: Ali (İqtisadi);
- Məsuliyyətlilik;
- Universal və ya kredit sahəsi üzrə təcrübəsi olanlara üstünlük verilir;
- Detallara diqqət yetirmə və kredit sifarişlərinin düzgün təhlil etmə bacarığı.
Mikro kreditlər üzrə qrup rəhbəri (Neftçilər filialı)
Son tarix 21 iyn 2024 Müraciət et
Təsvir:
- Mikro kreditlərə dair prosedurların və daxili normativ sənədlərin icrasına nəzarət edir;
- Mikro kredit məhsullarının satışı prosesinin keyfiyyətli şəkildə təşkil və icra olunmasına nəzarət edir;
- Mikro kredit məhsulları üzrə mövcud il üçün təsdiqlənmiş və Bankın büdcə planında nəzərdə tutulmuş satış planlarının həyata keçirilməsinə nəzarət edir;
- Müvafiq Kredit Komitəsinə təqdim olunan mikro kredit sifarişlərinin təhlilində, müzakirələrdə iştirak edir və öz rəyini verir;
- Filialın mikro kreditlər portfelini təhlil edir, müvafiq hesabatları hazırlayır və portfelə nəzarət edir;
- Mikro kredit sahəsində çalışan filialdakı qrup əməkdaşlarının işgüzar fəallığının gündəlik qiymətləndirilməsini aparır və bununla bağlı hesabatlar (həftəlik) hazırlayır;
- Mikro kredit sahəsi üçün təcrübəcilərin hazırlanmasında iştirak edir;
- Bankın normativ aktları və sərəncam xarakterli sənədlərinə müvafiq olaraq digər funksiyaları yerinə yetirir.
Tələblər:
- Ali təhsil;
- Kredit sahəsində 4 ildən çox iş təcrübəsi;
- Təhliletmə bacarığı, idarəetmə qabiliyyəti;
- Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
- Ünsiyyətqurma və komandada işləmək bacarığı.