Express Bank
Maliyyə departamentinin direktoru
Son tarix 20 mar 2026 - Müraciət et
Təsvir
- Bankın strateji maliyyə qərarlarının formalaşdırılmasına, aktiv və passivlərin, kapitalın effektiv idarə olunmasına töhfə verilməsi;
- Mərkəzi Bank və digər nəzarətedici orqanlara hesabatların düzgün və vaxtında təqdim olunmasına nəzarət;
- Dövri əsasda rəhbərliyə zəruri hesabatların təqdim olunması;
- Effektiv büdcə planlamasının aparılması;
- Departamentin fəaliyyətinin və əməkdaşların inkişafının təmin olunması;
- Bankın İdarəetmə orqanları tərəfindən ona həvalə edilmiş, həmçinin daxili qayda və təlimatlarla nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsi.
Tələblər
- Maliyyə, iqtisadiyyat və ya biznesin idarə edilməsi üzrə ali təhsil;
- Bank sektorunda minimum 5 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə təcrübə;
- Bankın likvidliyinin, aktiv və passivlərinin idarə olunması (ALM) sahəsində praktiki təcrübə;
- BMHS (IFRS) standartları və tənzimləyici orqanlara hesabatlıq üzrə dərin biliklər;
- Maliyyə modelləşdirilməsi və analitik təhlil üzrə güclü bacarıqlar;
- Strateji düşünmə, qərarvermə və effektiv liderlik bacarıqları;
- Yüksək səviyyədə kommunikasiya bacarıqları;
- Azərbaycan dilini sərbəst, ingilis dilini yüksək səviyyədə bilmək;
- CFA və ya FRM kimi beynəlxalq peşəkar sertifikatlarının olması üstünlükdür.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
- Təcrübə 5-8 il
- Vəzifə dərəcəsi Direktor
- Təhsil Bakalavr
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.












