Express Bank
Reklam və marketinq şöbəsi, aparıcı biznes analitik
Son tarix 01 iyl 2025 - Müraciət et
Təsvir
- Strateji qərarların verilməsi üçün analitik təhlillərin aparılması;
- Satış, risk, məhsul və İT komandaları ilə sıx əməkdaşlıq edərək tələbləri başa düşüb həmin tələblərə cavab verən analitik həllərin hazırlanması;
- Cari müştərinin saxlanılması üçün əldə olunan gəlir, istifadə və göstəricilər baxımından hər bir kampaniyanın rentabelliyinin (ROI) izlənilməsi və qiymətləndirilməsi üzrə müvafiq təklif və hesabatların hazırlanması;
- Müxtəlif mənbələrdən məlumatların toplanması, sistemləşdirilməsi və təhlili vasitəsilə bank xidmətləri üzrə trendlərin, müştəri davranışlarının və bazar ehtiyaclarının müəyyənləşdirilməsi;
- Mövcud sistemlərin və proseslərin təkmilləşdirilməsi, həmçinin müsbət dəyişikliklərin sonadək tətbiqinə dair rəyin verilməsi;
- Kompleks biznes-müştəri problemlərinin həll edilməsi üçün məlumatların təhlili nəticəsində proqnozların və tövsiyələrin formalaşdırılması;
- Maliyyə sektoru və bankçılıq bazarı üzrə bazar araşdırmalarının aparılması, rəqib analizi və müştəri ehtiyaclarının öyrənilməsi;
- Statistik üsullardan və vizuallaşdırma alətlərindən istifadə etməklə analitik hesabatların, interaktiv dashboardların və təqdimatların hazırlanması;
- Məlumatların dəqiqliyini təmin etmək məqsədilə uyğunsuzluqların aşkarlanması və aradan qaldırılması;
- Müştərilərin və biznes mühitini təhlil etməklə məhsullar üzrə təkliflərin araşdırılması;
- Tələblərə əsasən xüsusi layihələr və ad-hoc analizlərin icrasında iştirak;
- Vəzifə öhdəlikləri çərçivəsində görülən işlər barəsində şöbə rəhbərinə həftəlik və aylıq hesabatın verilməsi.
Tələblər
- Biznesin idarə edilməsi, kompüter elmləri və ya iqtisadi yönümlü ali təhsil dərəcəsi;
- Bank və ya rəqəmsal məhsullar üzrə təcrübəsi olanlara üstünlük veriləcəkdir;
- SQL, Python, R və ya oxşar təhlil alətləri üzrə bacarıq;
- Statistik metodlar və məhsulların modelləşdirilməsi haqqında biliklər;
- Bazar araşdırması metodologiyası və analitik təhlil bacarığı;
- Tableau, Power BI və ya QlikView kimi məlumatların vizuallaşdırılması biliyi mütləqdir;
- Ünsiyyət və təqdimat bacarıqları;
- Azərbaycan dili (mükəmməl yazılı və şifahi nitq qabiliyyəti), İngilis və Rus dili biliyi arzuolunandır;
- MS Office (Outlook, Word, Excel, Power Point) proqramları ilə işləmək bacarığı.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə - 1-2 il
- Təhsil - Bakalavr
İmtiyazlar
- Bizim üstünlüklərimiz: Tibbi sığorta; Bilik və bacarıqlarının təkmilləşdirilməsi üzrə təlimlər; Professional və maddi inkişaf perspektivləri; Peşəkar korporativ mühitdə işləmək imkanı.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.