Express Bank
Risklərin idarə edilməsi departamenti/Kredit və bazar risklərinin təhlili şöbəsi/böyük mütəxəssis
Son tarix 26 yan 2025 - Müraciət et
Təsvir
- Kredit, bazar və likvidlik risklərinin təhlili, qiymətləndirilməsi və onlar haqqında məlumatların müvafiq kollegial orqanlara təqdim edilməsi üçün hazırlanması;
- Şöbənin fəaliyyətinə dair gündəlik, həftəlik və aylıq hesabatı hazırlayır və şöbə müdirinə təqdim edir;
- Mərkəzi Bankın tələbi ilə kredit, bazar və likvidlik riskləri üzrə hesabatlar təqdim edir;
- Kredit, bazar və likvidlik riskləri üzrə stress-testlərin keçirilməsi;
- Kredit və bazar risklərinin təhlili üzrə qaydalar, həmçinin onlara əlavə və dəyişikliklərin hazırlanması ilə bağlı təklif verir və bu prosesdə iştirak edir;
- Kredit və bazar risklərinin minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflər verir və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak edir;
- Kredit və bazar risklərinin təhlili prosesində lazımi hesabatlıqların tərtib edilməsi, dair məlumatların analizlərini həyata keçirir;
- Kredit və bazar risklərinin ölçülməsi və modellərin seçilməsi üzrə təkliflər hazırlayır və tətbiqi prosesində iştirak edir;
- Daxili risk limitlərinə və ARMB-nin təyin etdiyi prudensial normativlərə riayət edilməsinə nəzarət;
- Kredit risklərinin minimallaşdırılması məqsədilə yeni kredit məhsulların təqbiqinə və keyfiyyətinə dair rəy hazırlayır;
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (BMHS 9) əsasən aktivlər üzrə ehtiyatların yaradılması üçün kənar audit şirkətinə məlumatların hazırlanması və təqdim edilməsi;
- Şöbənin və Bankın digər strukturların fəaliyyətinə aid prosedur, təlimat və qaydalara rəyin verilməsi;
- risklərin ölçülməsi modelləri ilə bağlı gündəlik, aylıq, rüblük ve illik hesabatların layihəsini hazırlayır;
- Şöbənin fəaliyyəti ilə əlaqəli digər struktur bölmələrin sorğularını cavablandırır və zəruri məlumat verilməsini təmin edir;
- Bankın aktivlər üzrə ehtiyatların yaradılması, nəzarəti və dəyişikliklərini proqnozlaşdırır;
- Daxili risk reytinq sisteminin hazırlanması, dövri olaraq əks-yoxlamasının aparılması və yenilənməsi təmin edir;
- Şöbə müdirinin tapşrığına əsasən əsasnaməyə və bankdaxili normativ sənədlərə uyğun digər vəzifələri yerinə yetirir.
Tələblər
- Ali təhsil;
- Əməliyyat, kredit və ya analoji sahədə ən azı 3 il iş təcrübəsi;
- Microsoft Office proqramları bilikləri;
- Oracle SQL proqramlaşdırma dili ilə işləmək bacarığı;
- Azərbaycan dili səlis, rus və ingilis dili arzu olunandır;
- Bankın ABİS-də aparılan əməliyyatların təhlili bacarığı;
Vakansiya haqqında
- Son tarix yanvar 15, 2025
- Paylaşılıb dekabr 26, 2024
- Vakansiya növü Tam ştat
- Təcrübə 1-2 il
- Vəzifə dərəcəsi Mütəxəssis
- Təhsil Bakalavr