Express Bank
Mikro kreditlər üzrə qrup rəhbəri (Neftçilər filialı)
Son tarix 21 iyn 2024 - Müraciət et
Təsvir:
- Mikro kreditlərə dair prosedurların və daxili normativ sənədlərin icrasına nəzarət edir;
- Mikro kredit məhsullarının satışı prosesinin keyfiyyətli şəkildə təşkil və icra olunmasına nəzarət edir;
- Mikro kredit məhsulları üzrə mövcud il üçün təsdiqlənmiş və Bankın büdcə planında nəzərdə tutulmuş satış planlarının həyata keçirilməsinə nəzarət edir;
- Müvafiq Kredit Komitəsinə təqdim olunan mikro kredit sifarişlərinin təhlilində, müzakirələrdə iştirak edir və öz rəyini verir;
- Filialın mikro kreditlər portfelini təhlil edir, müvafiq hesabatları hazırlayır və portfelə nəzarət edir;
- Mikro kredit sahəsində çalışan filialdakı qrup əməkdaşlarının işgüzar fəallığının gündəlik qiymətləndirilməsini aparır və bununla bağlı hesabatlar (həftəlik) hazırlayır;
- Mikro kredit sahəsi üçün təcrübəcilərin hazırlanmasında iştirak edir;
- Bankın normativ aktları və sərəncam xarakterli sənədlərinə müvafiq olaraq digər funksiyaları yerinə yetirir.
Tələblər:
- Ali təhsil;
- Kredit sahəsində 4 ildən çox iş təcrübəsi;
- Təhliletmə bacarığı, idarəetmə qabiliyyəti;
- Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
- Ünsiyyətqurma və komandada işləmək bacarığı.