Express Bank
Kredit əməliyyatlarının təhlili və qiymətləndirilməsi üzrə auditor
Son tarix 13 iyn 2024 - Müraciət et
Təsvir:
- İllik audit planına uyğun olaraq audit yoxlamalarında iştirak etmək;
- Proses və struktur bölmələri üzrə idarəetmə, risklərin idarə edilməsi və daxili nəzarət sistemlərinin qiymətləndirilməsi və müvafiq tövsiyələrin verilməsində iştirak etmək;
- Audit müşahidəsi və tövsiyələrin yer aldığı audit hesabatlarını hazırlamaq;
- Daxili audit tövsiyələrinin icra səviyyəsini qiymətləndirmək;
- Daxili audit fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində layihələrdə iştirak etmək;
Tələblər:
- Ali İqtisadi və ya hüquqi təhsil;
- Kredit sahəsində ən azı 1 illik təcrübə;
- Analitik təhlil etmə bacarığı;
- Microsoft Office proqramları ilə sərbəst işləmək bacarığı (Excel biliyi yüksək səviyyədə);
- Bilik və bacarıqlarını daim artırmağa hazır olmalı;
- Yüksək ünsiyyət bacarıqları, təşəbbüskarlıq, aktivlik, komandada işləmək bacarığı;
- Vətəndaş qüsursuzluğu;
- Azərbaycan dilində səlis danışıq və yazma qabiliyyəti (rus və ingilis dili biliyi arzu olunandır);
- SQL bilikləri olan namizədlərə üstünlük veriləcək.