Express Bank
Korporativ müştərilərə xidmət/ Biznes xidmət üzrə mütəxəssis/aparıcı mütəxəssis
Son tarix 17 mar 2024 - Müraciət et
Təsvir:
- ARMB-nın, bankdaxili prosedur və qaydalara əsasən fərdi sahibkar və hüquqi şəxslərə yüksək səviyyədə xidmət göstərmək;
 - Hüquqi şəxs hesabları üzrə əməliyyatlar aparmaq;
 - Hüquqi şəxslərin xarici köçürmələrini bankdaxili prosedurlara uyğun icra etmək;
 - Korporativ müştərilərə bankın məhsul və xidmətləri barədə məlumat vermək/xidmət göstərmək;
 - Vergi və məhkəmə orqanlarından daxil olmuş sərəncamların reyestrini aparmaq;
 
Tələblər:
- Ali təhsil (Maliyyə, iqtisadiyyat, bank işi və ya digər müvafiq ixtisas üzrə);
 - MS Office (Word, Excel) proqramları üzrə biliklər;
 - Azərbaycan və rus dillərində səlis nitq və fikirlərini izah etmə bacarığı;
 - Minimum 6 ay korporativ xidmət təcrübəsi arzuolunandır;
 - Ünsiyyət qurma bacarığı və işə məsuliyyətli yanaşma;
 - Analitik düşüncə, təhlil etmə və qərarvermə qabiliyyəti
 


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







