Express Bank
İqtisadi təhlükəsizlik şöbəsinin mütəxəssisi
Son tarix 24 noy 2023 - Müraciət et
Təsvir:
- Kreditlərin verilməsində və kassa əməliyyatları prosesində dələduzluq hallarının aşkar edilməsi üçün profilaktik yoxlamalar həyata keçirir;
- Bankın təchizat xərclərinin nəzarətini həyata keçirir və həmin xərclərin azalması istiqamətində işlər görür, dələduzluq hallarını aşkar edilməsi üçün profilaktik yoxlamalar keçirir;
- Bankdaxili vakansiyalara namizədlərin işə qəbulu zamanı onların yoxlanılmasını həyata keçirir;
- Dələduzluq faktları, eləcə də, iqtisadi təhlükəsizlik baxımından təhlükəli hadisələrin aşkarlanması zamanı daxili araşdırmanın aparılmasını təmin edir.
Bizim üstünlüklərimiz:
- Tibbi sığorta;
- Bilik və bacarıqlarının təkmilləşdirilməsi üzrə təlimlər;
- Professional və maddi inkişaf perspektivləri;
- Peşəkar korporativ mühitdə işləmək imkanı.
Tələblər:
- Ali təhsil;
- Azərbaycan dili sərbəst, Rus və İngilis dili arzuolunandır;
- Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilməli;
- SQL biliklərinin olması arzuolunandır;
- Analitik təhlil və bazar araşdırması sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir;
- Komandada işləmə bacarığı;