Express Bank
İnformasiya Təhlükəsizliyi üzrə "İdarəetmə, Risk və Komplayns" böyük mütəxəssis (GRC)
Son tarix 31 avq 2026 - Müraciət et
Təsvir
- İnformasiya təhlükəsizliyi istiqamətində siyasət, prosedurların və standartların tərtibedilməsi;
- Sənədlərin aktuallığının daimi nəzarətdə saxlanılması;
- Uyğunluğun pozulması hallarının aşkar edilib araşdırılması;
- İT risklərinin qiymətləndirilməsi istiqamətində əməliyyatların aparılması;
- Mövcud siyasət proseduru ve standartların tətbiq edilməsinə nəzarət;
- İnformasiya Təhlükəsizliyi üzrə müəssisədaxili normativ sənədlərin hazırlanması;
- Bank üzrə İT və İnformasiya Təhlükəsizliyi risklərinin idarə edilməsinin təşkili və inkişafı;
- İnformasiya Təhlükəsizliyi üzrə requlyator tələblərinin və beynəlxalq təcrübələrin tətbiq olunması üzrə tədbirlərin həyata keçirilməsi;
- İT və İnformasiya Təhlükəsizliyi sahəsində olan uyğunsuzluqları müəyyən etmək məqsədilə yoxlamaların həyata keçirilməsi;
- İnformasiya Təhlükəsizliyinin təmin edilməsi üçün nəzarət mexanizmlərinin qurulması;
- Audit zamanı koordinasiyalı işin təşkili.
Tələblər
- İnformasiya texnologiyaları və ya İnformasiya təhlükəsizliyi sahəsində ali təhsil;
- İnformasiya Təhlükəsizliyi sahəsində ən azı 3 il iş təcrübəsi;
- İngilis dili upper-intermediate səviyyəsində;
- İT sistem və şəbəkə üzrə anlayış;
- ISO 27001, NIST, COBIT, ITIL və s kimi standardlar haqqında praktiki biliklərin olması;
- CISSP, CISA, CISM, ISO 27001, CRISC kimi sertifikatları olanlara üstünlük verilir;
- Nəzarət etmək, qərar vermək, nəticəyə yönəlmək bacarıqları;
- Təhlil bacarıqları, məsuliyyətli təşəbbüskarlıq, təşkilatçılıq qabiliyyəti, dəqiqlik.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Tibbi sığorta paketi;
- Bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
- Professional və maddi inkişaf perspektivləri;
- Peşəkar korporativ mühitdə işləmək imkanı;
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
















