Express Bank
Oracle Database Administrator
Son tarix 05 iyn 2023 - Müraciət et
Təsvir:
- DBMS Oracle quraşdırılması;
- Məlumat bazasının yaradılması və müşayiəti;
- Təhlükəsizliyin,məlumatların bütövlüyünün və imtinaya davamlılığın təmin edilməsi;
- Məlumat bazasının layihələşdirilməsi və ehtiyatın təminatı;
- DBMS istehsal qabiliyyətinin monitorinqi,optimallaşdırılması və tuninqi;
- Yenilənmənin vendordan qəbulu və test mühitində quraşdırılması;
- Ehtiyat nüsxələrin çıxarılması və bərpası;
- İstehsal mühitində test yeniliklərinin quraşdırılması;
- İstehsal mühitdə sınaqdan keçmiş scriptlərin (logs) quraşdırılması;
- Müəyyən edilmiş qaydalara uyğun olaraq ehtiyat məlumat bazasının yaradılması prosesinin işə salınması və daşıyıcıda yazıların mövcudluğunun yoxlanılması;
- Məlumat bazasının ehtiyat məlumat bazasından bərpa edilməsi;
- Məlumat bazasının bərpa edilməsi üzrə aparılan işlər haqda hesabatların təqdim olunması;
- Qoyulmuş tapşırıqların qeydiyyatının aparılması;
- SQL-sorğularının, PLSQL-prosedurlarının məlumat bazasına təsdiqlənmiş sifariş əsasında yazılması.
Tələblər:
- Ali təhsil (texniki sahədə təhsil arzu olunandır və ya Oracle administrasiyası üzrə sertifikat);
- Oracle verilənlər bazalarının idarə olunması üzrə minimum 3 illik iş təcrübəsi;
- Oracle 11gR2 və 12cR2 administrasiyası üzrə dərin biliklər;
- Oracle administrasiyası üçün vacib olan OS Unix bilikləri;
- Oracle DB arxitekturası üzrə biliklər;
- Verilənlər bazası optimallaşdırması və SQL tuning üzrə təcrübə;
- Texniki ingilis dili bilikləri (dokumentasiyaların oxunması);
- Oracle RAC və Data Guard texnologiyasını yaxşı bilmək;
- RAC, ASM, Data Guard kimi Oracle utilitiləri üzrə bilik və iş təcrübəsi;
- RMAN ehtiyat və bərpa üzrə yüksək biliklərin olması.
Bizim üstünlüklərimiz:
- Tibbi sığorta;
- Bilik və bacarıqlarının təkmilləşdirilməsi üzrə təlimlər;
- Professional və maddi inkişaf perspektivləri;
- Peşəkar korporativ mühitdə işləmək imkanı.