Daxili Nəzarət Şöbəsində Baş Mütəxəssis
Son tarix 17 noy 2021
Əsas vəzifə öhdəlikləri:
-
Nəzarət planının hazırlanmasında iştirak etmək;
-
Biznes proseslər üzrə testlərin aparılması;
-
Planın icrası çərçivəsində müəyyən olunmuş prosedurları həyata keçirmək (biznes proseslərin sahibləri ilə müsahibələr keçirmək, məlumatı toplamaq, əldə olunan məlumatı təhlil etmək və s.) və aşkar olunmuş çatışmazlıqlar haqqında rəhbərə məlumat vermək;
-
Aparılmış təhlillər və müsahibələr barədə yazılı iş sənədi hazırlamaq;
-
Monitorinq nəticələri barədə hesabatların hazırlanmasında iştirak etmək;
-
Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün hazırlanmış tədbirlər planın icrasının monitorinqini keçirmək;
-
Daxili Nəzarət funksiyasının rəhbərinin tapşırığı ilə funksiyanın fəaliyyəti ilə bağlı icmal hesabatların hazırlanmasında iştirak etmək;
-
Nəzarətində olan əməkdaşlara təlim keçmək, məsləhətlər vermək
-
Ezamiyyələrdə iştirak etmək imkanı.
Təcrübə:
-
Bank və ya maliyyə institutlarından birində daxili nəzarət, daxili audit və ya risk funksiyalarında minimum 3 il iş təcrübəsi.
Peşəkar kvalifikasiya:
-
Ali iqtisadi Təhsil
-
CIA, ACCA sertifikatları olan namizədlərə üstünlük verilir
Bacarıqlar:
-
Bank əməliyyatları barədə mükəmməl biliklər
-
Öz vaxtını effektiv şəkildə planlama, idarəetmə bacarığı
-
Analiz qabiliyyəti
-
Komanda işi
-
Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları) ilə işləmək bacarığı.
-
Azərbaycan və İngilis dillərini işgüzar səviyyədə mükəmməl bilməli
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 17 Noyabr 2021-ci il tarixinədək göndərə bilərlər.Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Daxili Nəzarət” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Kredit Analitiki
Son tarix 29 noy 2021
Vəzifənin məqsədi:
Kredit Analitiki bütün sahələrdə fəaliyyət göstərən Kiçik və Orta Sahibkarlıq müştərilərinin kredit müraciətlərinə baxır, biznes və maliyyə təhlilini (konvensional və sürətləndirilmiş şəkildə) aparır, proqnozlar edir, müştərilərə maliyyə məsləhətləri verir və Müştəri Menecerləri ilə komanda halında çalışaraq, sürətli və səmərəli şəkildə kreditləşməni təmin edir.
Vəzifə öhdəlikləri:
- Kiçik və orta həcmli müəssisələrin biznes və maliyyə təhlilinin aparılması. Müştərilərlə peşəkar ünsiyyətin qurulması və onlara maliyyə məsləhətlərinin verilməsi.
- Müştəri Menecerləri və prosesin digər iştirakçıları ilə effektiv əməkdaşlığın təmin olunması.
- Kredit risklərinin idarə edilməsi. Kreditlərin təhlükəsiz, səmərəli və sürətli şəkildə, Kiçik və Orta Sahibkarlıq Bankçılığı, Kreditlərin Strukturlaşdırılması funksiyasının maliyyələşdirmə standartlarına uyğun olaraq verilməsi.
- Qərarın verilməsi, kreditləşməni tamamlamaq üçün kredit memorandumu və digər ərizə formalarının doldurulması, Kredit Risklərinin Anderraytinqi Departamentinə və Kredit Komitəsinə təqdim edilməsi.
- Kredit portfelinin idarə edilməsi.
- Kreditin Strukturlaşdırılması funksiyasının davamlı inkişafını təmin etmək və işin axışını sürətləndirmək üçün ən uyğun yanaşmanın tətbiq edilməsi və müvafiq təkliflərin verilməsi.
Tələb olunan bilik, bacarıq və təcrübə:
- Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
- Tələb olunan iş təcrübəsi: 0-1 il
- Xarici dillər: İngilis, Rus
- Kompüter bilikləri: Microsoft Office