Katiblik şöbəsi/İnzibati işlər üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
• Rəhbərliklə çalışır (inzibati, təşkilati və kargüzarlıq istiqaməti üzrə);
• Kollegial qurumların (əsas etibarilə kredit komitələrinin) qərarlarının emal olunması, işlənib hazırlanması, aidiyyatı strukturlara göndərilməsi və protokollaşdırılmasını təmin edir;
• Xidməti sənədləri (məktub, təqdimat və s.) tərtib edir;
• Normativ sənədləri redaktə edir;
• Koordinasiya işlərini həyata keçirir (rəhbərlik və strukturlararası).
Təhsil: Ali (filoloji təhsilə üstünlük verilir)
Dillər: Azərbaycan və rus dili (mükəmməl), ingilis dilləri arzuolunandır
Təcrübə: Tələb deyil.
Müraciət etmək istəyən şəxslər öz CV-lərini müvafiq başlıq ilə [email protected] e-mail ünvanına göndərə bilər.