İnformasiya Texnologiyaları departamenti, Məlumatların İdarə edilməsi şöbəsi, böyük/aparıcı mütəxəssis.
Vəzifə öhdəlikləri:
- İstifadəçilərin tələblərinə cavab verən yeni statistik və analitik hesabatların tərtib olunması və mövcud hesabat sorğularının dəstəklənməsi;
- Hesabat məlumatlarının reallığının yoxlanılması;
- Mövcud sorğular üçün optimallaşdırma çalışmasının (performance tuning) edilməsi;
- Texniki spesifikasiyaların hazırlanması;
- Davamlı olaraq problem həlləri təklif edilməsi.
- Bankda tətbiq olunan proqram vasitələrinin dəstəklənməsinin təmin edilməsi
- Məlumat bazalarının proqramlaşdırılması (Pl/SQl)
- Mövcud məlumatları, cədvəlləri, sorğuları, saxlanılan prosedurları, hesabatları və s. (packages, procedures, pipeline functions, indexes, materialized views, bulk collection) təhlil edilməsi və dəyişdirilməsi
Vəzifəyə tələblər:
Təhsil: Ali təhsil
Bilik və bacarıq:
- SQL üzrə yaxşı səviyyədə biliklər (indexes,materialized views,partitions, analytic functions və s.)
- PL/SQL üzrə yaxşı səviyyədə biliklər (packages, procedures, pipeline functions,composite data types)
- Performansın tənzimlənməsi və sorğu optimallaşdırılması təcrübəsi
- Debugging etmə bacarıqları
- JSON obyek tipi ilə işləmək bacarığı
- JSP & Servlet üzrə biliklər
- Alqoritmlər üzrə biliklər
- Oracle Database üzrə biliklər
- Linux üzrə biliklər
Təcrübə: İT, DWH-in idarə edilməsi sahəsində minimum 2 il iş təcrübəsi
Əlavə tələblər:
- Problem həll etmə və analitik düşünmə qabiliyyətinin yaxşı səviyyədə olması
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsinin olması
- OOP prinsiplərini bilmək
Müraciət etmək istəyən namizədlər öz CV-ni müvafiq başlıq ilə [email protected] mail ünvanına göndərə bilər.