Evol Mağazalar Şəbəkəsi
Mağaza Müdürü
Son tarix 26 mar 2026 - [email protected]
Evol Mağazalar Şəbəkəsi – Cəlilabad filialı üçün Mağaza Müdürü vakansiyası elan edir.
Əgər satış planı ilə işləməyi, komanda idarə etməyi və yüksək nəticə göstərməyi bacarırsınızsa, bu vəzifə sizin üçündür.
Vəzifə öhdəlikləri:
- Mağazanın gündəlik iş prosesini idarə etmək.
- Aylıq satış planını yerinə yetirmək və artırmaq.
- Satış heyətini idarə etmək və performansına nəzarət etmək.
- Müştəri məmnuniyyətini təmin etmək.
Tələblər:
- Pərakəndə satış sahəsində rəhbər vəzifədə minimum 2 il təcrübə.
- Satış planı ilə işləmək bacarığı.
- Komanda idarəetmə və liderlik bacarığı.
- Nəticəyə fokuslanma və məsuliyyətlilik.
Təklif edirik:
- 1500 AZN sabit əmək haqqı + Satışdan əlavə faiz
- Karyera inkişafı imkanı.
Müraciət etmək istəyən namizədlər CV-lərini 0552007156 və ya Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.












