İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Enterprise Azerbaijan portalının meneceri vəzifəsi üzrə iş elanı verir.
Vəzifə öhdəlikləri:
· Startaplarla,işin təşkil edilməsi,
· Layihələrin idarə edilməsi ilə bağlı daxili prosedurlara uyğun olaraq bütün layihə fəaliyyətlərinin icra edilməsi,
· Layihə hesabatlarının yazılması,
· Yeni və innovativ layihə ideyalarının təqdim edilməsi,
· Layihələrin gündəlik işlərinə nəzarət,
· Layihə fəaliyyətinin monitorinq və qiymətləndirilməsinin aparılması,
· Həyata keçirilən tədbirlərin keyfiyyətlə və vaxtında yerinə yetirilməsi,
· Layihə təkliflərinin yazılması,
· İnnovativ iqtisadiyyat sahəsində təşəbbüslərin irəli sürülməsi.
Namizədə tələblər:
· Ali təhsil,
· Azərbaycan,ingilis və rus və dillərində sərbəst danışmaq və yazmaq bacarığı,
· Layihələrin idarə edilməsi, hesabatların yazılması sahəsində azı 2 il iş təcrübəsi,
· Qrup şəklində işləmək bacarığı,
· Liderlik və komanda idarəçiliyi,
· Ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla iş təcrübəsi,
· Beynəlxalq təşkilatların istəklərinə uyğun hesabatların tərtib edilməsi,
· Layihə təkliflərinin yazılması.
Əməkdaşlıqda maraqlı olan şəxslər 2021-ci il 19 fevral tarixinə kimi CV-ni mövzu hissəsində “Project Manager” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Qeyd edək ki, yalnız CV-si məqbul hesab olunan namizədlərlə əlaqə saxlanılacaq.