Ensol
Əmək haqqının hesablanması və insan resursları əməliyyatları üzrə aparıcı mütəxəssis
Son tarix 16 yan 2026 - [email protected]
İş şəraiti
- Vəzifə (peşə) üzrə əmək haqqı: 1500 AZN
- İş vaxtının norması: Gündəlik, həftədə 5 gün, 08:30-17:30
Tələblər
- İş təcrübəsi: Sahə üzrə azı 3 il
- Bilik və bacarıq tələbləri: MS Excel (Yüksək səviyyədə),
- ahə üzrə qanunvericiliyin tələblərini bilmək (Yüksək səviyyədə)
Əmək funksiyaları:
- İşçilərin əmək haqlarının hesablanması və ödənilməsi
- Ezamiyyət, məzuniyyət və xəstəlik vərəqələrinə əsasən müvafiq hesablamaların təşkili və ödənişlərin sifarişi
- Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatların vaxtında və düzgün emal olunmasının təmin edilməsi
- Əmək haqqına dair bütün hesablamaların aparılması və hesabatların tərtib edilməsi
- Əmək haqqına dair bütün sorğuların cavablandırılması
- İş vaxtının rejimi üzrə qrafiklərin Qanunvericiliyin tələblərinə uyğun effektiv formada qurulması və idarə edilməsi
- İşdən azad olan əməkdaşların son haqq-hesab ödənişlərinin həyata keçirilməsi
- Sosial sığorta ayırmaları üzrə hesabatların hazırlanması və təqdim olunması
- İnsan resursları ilə bağlı analitika və vizuallaşdırma prossesində iştirak
- Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, işçi qovluqlarının və əmək müqavilələrinin hazırlanması
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatı
- Məlumat bazasının mütəmadi yenilənməsi
- Arayışların, xəstəlik vərəqələrinin, çıxarışların hazırlanması və qeydiyyatı
- Məzuniyyət və əmək qabiliyyətinin itirilməsi üzrə müvafiq hesablamaların təşkili və sifarişi
- Əmrlərin (qərarların) hazırlanması və onların qeydiyyatının aparılması
Müraciət qaydası: Məlumatlarınızı (CV) “Payroll” məzmun başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.











