Ensol
Texniki hesabatlar üzrə mühəndis
Son tarix 15 iyn 2025 - Müraciət et
Tələb olunan bilik və bacarıqlar:
- Azərbaycan Respublikasının ərazisində mövcud tikinti norma və qaydaları, eləcə də, müvafiq normativ hüquqi aktlarını;
- Tikintidə layihə-smeta işlərinin təşkili üzrə, müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərin və digər istinad edilən, rəhbər tutulan metodiki normativ sənədləri;
- Layihə və tikinti-iqtisadi hesablamaların aparılması metodlarını;
- Riyazi biliklərə mailk olmaq və iş prosesində tətbiq etmək;
- Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini;
Vəzifə öhdəlikləri:
- Tikintisi başa çatmış obyektlərin layihələndirilməsinə çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədlərin təqdim edilməsi;
- Tikinti materiallarının məsrəflərinə dair texniki hesabatların hazırlanması;
- Tikinti sahəsi üzrə Forma 2, Forma 3 və Forma M-29 tərtibatı
- Forma-2 üzrə hesabatların, obyektlər və iş növləri üzrə yığım cədvəlinin hazırlanması və digər texniki sənədlərin doğruluğunu yoxlamaq;
Namizədə tələblər:
- İş təcrübəsi: tikinti sahəsi üzrə 3 illik iş təcrübə;
- Təhsil: Ali iqtisad təhsili;
- Dil biliyi: Azərbaycan dili və rus dili;
- İqtisadi mühəndislik bilikləri, dinamiklik, detallara yüksək diqqət, analitik təhlil etmə bacarığı, gərginliyə davamlılıq;
- Kompyuter Bilikləri: MS Office proqramlarında və 1C proqramında (7.7/8.3) sərbəst istifadə bacarığı.
Digər şərtlər:
- Əmək haqqı: 1500-1800 (Namizədin bilik və bacarıqlarından asılı olaraq dəyişə bilər);
- İş qrafiki 5 günlük, 08.30-17.30;
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.