Baş Mühasib (Madame Coco və Decoria mağazalar şəbəkəsi)
Son tarix 17 sen 2022 - [email protected]
İş barədə məlumat:
-
Muhasibat şöbəsinin işini düzgün , qaydalara və qanunvericiliyə uyğun təşkil idarə etmək
-
Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək
-
Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılması
-
Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
-
Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak
-
E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
-
Vergi, DSMF, Statistika idarəsinə illik, rüblük/aylıq hesabatların hazırlanması
-
Rəhbərliyin verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək
-
Gündəlik və aylıq hesabatların tərtib edilməsi
-
Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət
-
Daxili təsərrüfat ehtiyatlarınının nəzarəti. Itkilərin və qeyri-istehsal xərclərinin aradan qaldırılması üçün tədbirləri həyata keçirir
-
Mühasibat uçotu sahəsində müasir texniki vasitələri və informasiya texnologiyalarını tətbiqini təmin etmək
-
Daxili nəzarət (audit)
-
Vergi risklərini hesablamaq və rəhbərliyə bildirmək
-
Bütün Bank əməliyyatların icra edilməsi
-
Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq
-
6 günlük iş qrafiki.
-
Şənbə günü saat 09:00 dan 13:00 dək
-
Əmək haqqı namizədin bilik və bacarığına görə təyin ediləcək
Tələblər:
-
Ali təhsil
-
3 il Baş mühasib təcrübəsi
-
Vergi və əmək məcəlləsini yaxşı səviyyədə bilməli
-
AR qanunvericilik aktlarını və normativ hüquqi sənədləri bilməli
-
Office proqramlarını yüksək səviyyədə bilməli (Excel, 1C 8.3)
-
Məsuliiyətli,dürüst
-
Xüsusi tələblər: stressə davamlılıq, detallara qarşı diqqətlilik, analitik düşüncə tərzi, müxtəlif tipli insanlarla rahat ünsiyyət yaratmaq qabiliyyəti, problemlərin müstəqil həll edə bilmə bacarığı
-
Məsuliyyətli, operativ, dəqiq və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
“Tələblər” bölməsində bütün tələblərə cavab verdiyiniz halda e-mailin mövzu hissəsində “Baş Mühasib” yazmaqla şəkilli tərcümeyi-halı,(CV) göndərməyiniz xahiş olunur.