Emobile
Partnyorlarla iş üzrə menecer
Son tarix 16 sen 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Loyallıq proqramına partnyor ola bilmə potensialı olan şirkətlərin araşdırılması;
- Şirkətlərlə danışıqlar apararaq partnyorluq şərtlərinin razılaşdırılması və müqavilənin bağlanması;
- Mövcud partnyorlar ilə isti münasibətlərin qorunması və daha da yaxşılaşdırılması;
- Partnyorlar ilə mütəmadi olaraq birgə kampaniyaların təşkili və idarə olunması, nəticələrin analiz edilməsi.
- Partnyor şəbəkəsində olan satış və xidmət nöqtələrində loyallıq proqramı çərçivəsində monitorinq və təlim işlərinin təşkili, icrasına nəzarət və aşkarlanmış qüsurların aradan qaldırılması;
- Loyallıq proqramının müştərilərindən daxil olan şikayətlərlə işin idarə olunması..
Tələblər:
- Sahə üzrə yerli bazarda 1 illik iş təcrübəsi;
- Səlis nitq və dolğun təqdimetmə bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və qərar vermə;
- Cəlbetmə və razısalma bacarığı;
- Məsuliyyətlilik, operativlik;
- Diqqətcil və detallarla işləmə bacarığı;
- Güclü kommunikasiya bacarığı;
- Komandada işləmə bacarığı.
İş şəraiti:
- AR əmək qanunvericiliyinə uyğun rəsmi sənədləşmə
- Əmək haqqı: net 800 AZN
- İş qrafiki: I-V günər, saat 09:00-dan 18:00-a qədər
- İstirahət günü – şənbə, bazar.
Maraqlanan namizədlər mövzu yerində “Partnyorlarla iş üzrə menecer” yazmaqla öz CV-lərini email ünvanına göndərə bilərlər.