Əsası 2012-ci ildə qoyulan və həmin ildən fəaliyyətə başlayan “EmbaFinans” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş lisenziya əsasında fəaliyyət göstərən Bank Olmayan Kredit Təşkilatıdır. Müxtəlif növ kreditlərin verilməsi xidmətini göstərir və bütün ölkə ərazisində təmsil olunur.
VAKANSİYA - Hüquqşünas
İŞ ŞƏRAİTİ:
İş qrafiki: həftədə 5 gün/ 09:00-18:00
Əmək haqqı: Namizədin bilik və təcrübəsindən asılı olaraq, müəyyən olunacaq.
Əmək qanunvericiliyinə uyğun sənədləşmə;
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Yaş həddi 22-30
- Minimum 1 il iş təcrübəsi
- Ali hüquqi təhsil,
- Mülki, mülki-prosessual, icra haqqında və ipoteka haqqında qanunvericiliyi bilməli;
- Əla səviyyədə Azərbaycan dili biliyi.
- Hüquqi nitq və yazışma qabiliyyəti;
- MS office proqramlarında ( Word, Excel, Outlook ) yüksək səviyyədə işləmək bacarığı;
- Analitik düşüncə, ünsiyyətqurma və komandada işləmək bacarığı;
- Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- İcraatda olan məhkəmə qərarlarının qeydiyyatının aparılması və icra vəziyyətinin nəzarətdə saxlanılması;
- Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icraya yönəldilməsi üçün tələb edilən işlərin icra edilməsi;
- İcra sənədlərinin icrası ilə bağlı olaraq məhkəmələrə və icra orqanlarına ərizə və müraciətlərin göndərilməsi və həmin işlər üzrə Cəmiyyətin məhkəmələrdə və icra orqanlarında təmsil edilməsi;
- İcraatında olan işlərlə bağlı hesabatların tərtib edilməsi;
- İcra orqanları ilə əməkdaşlığın təmin edilməsi məqsədilə regionlara mütəmadi olaraq səfər edilməsi;
- Rəhərlik tərəfindən verilən tapşırıqların tam və vaxtında icrasının təmin edilməsi;
Maraqlanan namizədlər CV-ni mövzu hissəsində “Hüquqşünas ” qeyd edərək, [email protected] email ünvanına göndərə bilər