Elmanado
Audit
Son tarix 18 may 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- İllik Audit planına uyğun olaraq audit yoxlamalarının həyata keçirilməsi;
- Biznes proseslərinin daxili qayda və prosedurlara uyğun həyata keçirilməsinin müəyyən edilməsi;
- Mühasibat uçotunun aparılmasının, maliyyə hesabatlarının düzgünlüyünün və etibarlılığının yoxlanılması;
- Daxili nəzarət nöqsanları barədə rəhbərliyə hesabat verilməsi, risklərin azaldılması üçün tövsiyələrin verilməsi;
- Aşkar edilmiş çatışmazlıqlar barədə rəhbərliyə məlumat verilməsi, daxili audit hesabatının hazırlanması;
- Yekunlaşmış daxili audit yoxlamaları üzrə tədbirlər planının monitorinqi;
- Daxili audit prosedurlarına aid digər tapşırıqların icra edilməsi.
Tələblər:
- Ali təhsil;
- Maliyyə Hesabatları üzrə biliklər;
- ACCA, CİA, CFE və s. beynəlxalq peşəkar sertifikatların olması üstünlükdür;
- Microsoft Office proqramlarında yüksək səviyyədə çalışma bacarığı (Word, Excell, Outlook);
- Səlis Azərbaycan dili və Rus dili biliyi, İngilis dili biliyi üstünlükdür;
- Analitik düşüncə və problemlərin idarə edilməsi bacarıqları;
- Şifahi və yazılı ünsiyyət bacarığı;
- Vaxtın səmərəli idarəedilməsi bacarığı;
- Müstəqil və qrup daxilində effektiv işləmə bacarığı;
- Obyektiv düşünmək bacarığı.
İş şəraiti:
- İş günləri: I-VI günlər;
- Nahar şirkət tərəfindən qarşılanır
- Korporativ nömrə
Qeyd olunan tələblərə uyğun namizədlər CV-lərinizi məktubun mövzusunu qeyd etməklə göndərə bilərsiniz
Təchizat Logistika üzrə Menecer
Son tarix 18 may 2023 [email protected]
Vəzifələr:
- Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq icra etmək;
- Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
- Açılmış sifariş formalarının analizi;
- Satınalma sorğularına nəzarət, yoxlanılması və hesabatlarının hazırlanması;
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
- Satınalma prossesinin ən əlverişli şərtlərlə həyata keçirmək;
- Hesabatların hazırlanması və analizi
- Ödəniş sorğularını həyata keçirmək, ödənişlərə nəzarət etmək;
- Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması.
- Ölkədaxili və beynəlxalq yük daşınma işlərini təşkil etmək,
- Daşınma işinin təşkili üçün lazım olan partnyor şirkət və şəxslərlə əlaqələrin qurulması,
- Daşınma prosesinə əvvəldən sona kimi nəzarət etmək,
- Logistik xidmətlər üzrə Müqavilələrin hazırlanmasında iştirak etmək.
- Logistik xidmətlər üzrə invoysların hazırlanmasında iştirak etmək.
- Logistika xidmətləri üzrə rəhbərliyin həvalə etdiyi digər funksiya.
Tələblər:
- Təchizat sahəsində ən az 5 il iş təcrübəsi
- 27-40 yaş
- Təchizat və satınalma prossesləri və ümumi prinsiplərini anlamaq
- Təchizatın planlaşdırılması və təchizatçıların performansının qiymətləndirilməsi bacarığı
- Bazarı təhlil etmək bacarığı
- Təchizat və logistika sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı
- Satınalma və logistika müqavilələrin tərtibatı haqda ümumi anlayış
- Dil bilikləri: Azərbaycan, Rus, İngilis
- MS Office proqramları
- Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları
- Yüksək kommunikasiya və biznes ünsiyyət bacarığları
İş şəraiti:
- Həftədə 6 iş günü.
- Nahar verilir
- Korporativ nömrə ilə təmin edilmə
- İş ərazisi: Bakı şəh., Zabrat dairəsi
Vakansiyalara uyğun namizədlər CV-lərini e-mail ünvanına göndərsinlər (məktubun mövzu bölməsində vakansiyanın adını qeyd etmək mütləqdir)
Satış meneceri
Son tarix 18 may 2023 [email protected]
Vakansiyanın tələbləri:
- Satış proqramının hazırlanması
- Bazarın araşdırılması, mövcud rəqabət mühitinin analizi
- sektorda yer alan rəqib şirkətləri analiz edə bilmək.
- Müştəri bazasının formalaşdırılması
- İşgüzar və korporativ danışıqların aparılması
- 6 günlük iş qrafiki
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş yeri Sabunçu ray, Zabrat 2 qəsəbəsi, kruqun yaxınlığı
Xüsusi tələblər:
- Korporativ idarəetmə prinsiplərini bilməli
- Satış və müştərilərə xidmət bacarığı
- Müştəri ehtiyaclarını müəyyən etmək və onları qarşılamaq bacarığı
- Satışla əlaqədar seminar və təlimlərdə iştirak etmək;
- Satış bacarığını və bilgilərini inkişaf etdirmək;
- Özünə bağlı kadrları idarə edə bilmə və bu kadrları öyrətmə bacarığı
- Ünsiyyət qabiliyyəti (şifahi və yazılı)
- Kreativ,gülərüz, məsuliyyətli olması vacibdir
- MC ofis proqramlarında müstəqil işləmə bacarığı
- Azərbaycan ,Rus dili, İngilis dili
- Yaş həddi: 26-45
- Ayaqqabı sahəsində işləmiş namizədlərə üstünlük veriləcək
İş şəraiti haqqında:
- İş qrafiki : Həftənin 6 günü, 1 gün istirahət
- Əmək haqqı:1000-1500 azn
- Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır
- İş yeri: Bakı şəhəri, Sabunçu rayonu Zabrat 2 dairəsinin yaxınlığı
CV “Satış meneceri” başlığı ilə göndərin (məktubun mövzu bölməsində vakansiyanın adını qeyd etmək mütləqdir)
Mühasib-Xəzinədar
Son tarix 18 may 2023 [email protected]
İş haqda məlumat:
- Gündəlik balansı və dövriyyə məlumatlarını hazirlamaq;
- Kassa sənədlərini müvafiq proqrama daxil etmək;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Mühasibat uçotu üzrə rəhbərliyə lazımı hesabatları hazırlamaq;
- Mühasibat sənədlərinin saxlamaq və qorumaq;
- Gün ərzində aparılan əməliyyatlar üzrə mədaxil və məxaric sənədlərinə əsasən kassa qalığını çıxartmaq və rəhbərliyə təqdim etmək;
- İşçilərə əmək haqqı, mükafatların verilməsi və s. xərclərin ödənilməsini təmin etmək.
Tələblər:
- Yaş həddi: 25-40
- Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu)
- Dil biliyi: Azərbaycan, Rus
- İş təcrübəsi: Mütləq qeyd olunan vəzifədə 1-3 il
- Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə müvafiq biliklər
- ACCA F2,F3 və digər beynəlxalq sertifikatlarının olması üstünlükdür
- Kompüter bilikləri: MS Office / Excel, 1C proqramında mükəmməl işləmə bacarığı
- Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
- İqtisadiyyat, maliyyə üzrə ali təhsil
- Xəzinadar-mühasib vəzifəsində ən azı 1 il iş təcrübəsi
- MS proqramlarını bilmək, Excel və 1C 8.3 ERP yüksək səviyyədə bilməli
İş şəraiti:
- İş qrafiki : Həftənin 6 günü, bazar günü istirahət
- Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır
- İş yeri: Bakı şəhəri, Sabunçu rayonu Zabrat 2 dairəsinin yaxınlığı
CV-ləri “Xəzinədar” başlığı ilə göndərin (məktubun mövzu bölməsində vakansiyanın adını qeyd etmək mütləqdir)
Baş Mühasib
Son tarix 18 may 2023 [email protected]
Tələblər:
- Yaş həddi: 50 yaşa kimi
- Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu)
- Dil biliyi: Azərbaycan, Rus
- İş təcrübəsi: Mütləq qeyd olunan vəzifədə 5 ildən artıq
- Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə müvafiq biliklər
- ACCA F2,F3 və digər beynəlxalq sertifikatlarının olması üstünlükdür
- Kompüter bilikləri: MS Office / Excel, 1C proqramında mükəmməl işləmə bacarığı
- Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
İş haqda məlumat:
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətini təşkil və nəzarət etməlidir
- İstehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etməlidir
- Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etməlidir
- Tabeçiliyində olan işçilərin şirkətin strukturu və idarəetmə prinsiplərinə, subordinasiya və etika qaydalarına riayət etmələrini təmin etməlidir
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərinm yerinə yetirilməsini və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etməlidir
- Tenderlərdə iştirakı ilə bağlı sənədləşmələr hazırlanmalıdır
İş şəraiti:
- İş qrafiki : Həftənin 6 günü, bazar günü istirahət
- Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır
- İş yeri: Bakı şəhəri, Sabunçu rayonu Zabrat 2 dairəsinin yaxınlığı
CV “Baş mühasib” başlığı ilə göndərin (məktubun mövzu bölməsində vakansiyanın adını qeyd etmək mütləqdir)