Ekvita
Mühasib
Son tarix 23 noy 2025 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
- Bütün maliyyə əməliyyatlarını yerli mühasibat uçotu standartlarına uyğun şəkildə qeydiyyata almaq və idarə etmək.
- Aylıq, rüblük və illik maliyyə hesabatlarını hazırlamaq və təqdim etmək.
- Əməkhaqqının hesablanması, ödənişlərin həyata keçirilməsi və əlaqəli vergi hesabatlarını tərtib etmək.
- Vergi bəyannamələrini (ƏDV, mənfəət vergisi, gəlir vergisi, Vahid hesabat və s.) e-hökumət portalları vasitəsilə hazırlayıb təqdim etmək.
- Bank əməliyyatlarını idarə etmək.
- Debitor və kreditor hesablarının düzgün uçotunu aparmaq.
- Rəhbərliyə vaxtında və dəqiq hesabatların təqdim olunmasını təmin etmək.
- Rəhbərliyin tapşırıqlarına əsasən digər mühasibatlıqla bağlı işləri yerinə yetirmək.
Tələblər:
- Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat ixtisası üzrə bakalavr dərəcəsi.
- Minimum 2–3 il müvafiq iş təcrübəsi (Azərbaycan üzrə olması arzuolunandır).
- Yerli vergi və mühasibat uçotu qanunvericiliyi barədə güclü biliklər.
- MS Excel və digər MS Office proqramlarında işləmə bacarığı.
- Dəqiqlik, məsuliyyət və detallara diqqət.
- İngilis dili biliyi tələb olunmur; Azərbaycan və/və ya rus dili bilikləri kifayətdir.
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində vakansiyanın adını "Mühasib" qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olun