Ekvita
Müşahidə və biznes səfərləri üzrə məsləhətçi
Son tarix 06 apr 2024 - [email protected]
Vəzifə üzrə tələblər:
- Ali təhsil (iqtisadi sahədə olması üstünlükdür)
- Peşəkar münasibət qurmaq bacarığı;
- Davamlılıq və etibarlılıq;
- Güclü dinləmə bacarığı;
- Ünsiyyətdə fəal olma bacarığı;
- Fərqli təhsil, sosial, iqtisadi, mədəni və ya gender mənşəli fərdlərə qarşı həssaslıq və onlara hörmət.
Vəzifə üzrə öhdəliklər:
- Sahibkar ilə effektiv və qısamüddətli əlaqə qurmaq
- Biznesdə tam uğur əldə etmək üçün maneələri müəyyən etmək və aradan qaldırmaq üçün kömək etmək;
- Benefisiar (sahibkar) ilə dialoqlarda öz təcrübələrinə əsaslanaraq perspektivlər təklif etmək;
- Təqdim olunan formalardan istifadə etməklə görüşlərin effektiv yazılı qeydlərini aparmaq;
- Mentordan və Mentorluq Koordinatorundan gələn bütün məlumatlara operativ cavab vermək;
İş şəraiti:
- İş yeri – Bakı şəhəri və Azərbaycanın digər bölgələri
- Əmək haqqı: səfər sayı üzrə
Əlavə qeyd:
- Avtomobil olması şərtdir.
- Sahibkarın biznes qurduğu ərazidə yaşaması üstünlükdür.
CV-lərinizi “Müşahidə və biznes səfərləri üzrə məsləhətçi” başlığı ilə poçt ünvanına göndərməyiniz xahiş olunur .