Ekvita
Layihə Meneceri
Son tarix 30 okt 2022 - [email protected]
Layihənin adı: Xüsusi təlim modullarının hazırlanması və yenilənməsi və müvafiq təlimlərin təşkili, SEP proqramının həyata keçirilməsi və mentorluq xidmətlərinin göstərilməsi.
Vəzifə və Öhdəliklər:
- Özünü Məşğulluq Layihəsi-TOR1-in ümumi icrasına cavabdeh olmaq.
- Aralıq hesabatlarının hazırlanması.
- Layihənin maraqlı tərəfləri ilə daim əlaqədə olmaq.
- Beynəlxalq və yerli ekspertlərin idarə olunması.
- Müqavilə üzrə işlərin idarə olunması.
- Layihə ilə bağlı risklərin öncədən müəyyən edilməsi və onların qarşısını almaq üçün tədbirlərin görülməsi.
Tələblər:
- Bakalavr və ya daha yüksək akademik dərəcə (layihələrin idarə olunması, menecment, biznesin idarə olunması və ictimai idarəetmə ixtisaslarına üstünlük verilir).
- Layihələrin idarəedilməsi sahəsində ən azı 5 il iş təcrübəsi (Dövlət təşkilatlarında, Beynəlxalq təşkilatlarla layihələrin idarəedilməsi sahəsində təcrübəyə üstünlük verilir).
- Azərbaycan və İngilis dillərini mükəmməl səviyyədə bilmə və ən azı bir əlavə xarici dildə danışıq qabiliyyəti (rus, alman və s.)
- Microsoft Word, Microsoft PowerPoint və Microsoft Excel, Teams, Zoom, Skype proqramlarından peşəkar istifadə etmək bacarığı.
- Güclü analitik düşünmə, inandırma və təqdimat bacarığı.
- Güclü şifahi və yazılı ünsiyyət bacarığı.
Əmək haqqı: Uyğun namizədə bacarıq və təcrübəsi əsasında rəqabətə davamlı əmək haqqı təklif ediləcək.
Maraqlanan namizədlərdən CV-lərini “Layihə Meneceri” başlığı altında göndərmələri xahiş olunur.