Edu Company
Müdir müavini
Son tarix 01 iyl 2025 - Müraciət et
Vəzifələr
- Tədrisin keyfiyyətini ölçmək və keyfiyyətin yüksəldilməsi ilə bağlı tədbirlər görmək
- Müəllim heyətinin fəaliyyətinə nəzarət və lazımi hallarda koordinasiya etmək
- Komandanın motivasiyası və peşəkar inkişafı üçün seminar, təlim və inkişaf proqramlarının təşkili
- Tədris ili üçün strateji və əməliyyat planlarının hazırlanmasında iştirak etmək
- Şirkətin məsul şöbə və departamentlərinə tələb edilən tapşırıqlarla bağlı operativ həll verməli
- Şirkətin işə qəbul vakansiyaları haqqında məlumatlı olmalı, filiala edilən işlə bağlı müraciətləri İR şöbəsinə yönləndirməli
- Müxtəlif hesabatların (aylıq,, illik) hazırlanması və rəhbərliyə təqdim olunması
- Xəzinədarın əmək funksiyalarının düzgün icrasına nəzarət etməli, istifadə edilən sənədlər və ya qəbzlərin səliqəli arxivləşdirilməsinə nəzarət etməli
- Tələbə qəbulu üzrə fəaliyyət göstərən qeydiyyatçı menecerlərin həmçinin qeydiyyatçıların vəzifə öhdəliklərinin düzgün icrasına və filiala yaxınlaşan və elektron müraciət edən qonaqların hər birinə düzgün informasiya verilməsinə nəzarət etməli
Tələblər
- Ali təhsil (təhsil sahəsində olması üstünlükdür)
- İdarəçilik sahəsində minimum 2-3 il təcrübə (təhsil müəssisəsində təcrübə üstünlükdür)
- MS Office proqramları ilə yüksək səviyyədə işləmə bacarığı
- Yüksək təşkilatçılıq və analitik düşüncə qabiliyyəti;
- Komandada işləmək bacarığı
- Müəllim heyəti, tələbə və valideynlərlə işləmə təcrübəsi
- Müasir tədris metodikaları ilə tanışlıq
Karyera imkanları və təminatlar
- Korporativ nömrə
- Korporativ telefon
- Şirkət əmək münasibətləri zamanı artan əmək haqqı və karyera imkanlarını tətbiq edir.
Əmək şəraiti şərtləri
- Ünvan: Bakı şəhəri
- Əmək haqqı: Müsahibə əsasında təyin edilir.
- İş günləri: həftə içi 5 gün 10.00-19.00 iş qrafiki , (şənbə günü qısaldılmış iş)
- Azərbaycan Respublikası ƏM-nə uyğun sənədləşmə.
Gizlilik təminatı.
- Şirkətə müraciət edən namizədlərin fərdi məlumatları həmçinin müraciəti barədə məlumatları 3-cü tərəf qarşısında paylaşılmır.
Vakansiya üçün müraciət forması və şərtləri.
- Vakansiya üzrə tələblərə cavab verən namizədlər elektron poçt ünvanına [email protected] və ya https://www.educompany.az/vacancies_detail/84 Müraciət et düyməsində qeyd olunan linkə fərdi CV-lərini göndərə bilərlər.
- Yalnız tələblərə cavab verən namizədlərə 3 iş günü ərzində geri dönüş edilir.
Müsahibə ünvanı.
- Tələblərə cavab verən namizədlər Bakı, Mətbuat pr 31 ünvanına müsahibə mərhələsi üçün dəvət ediləcəklər.