Edendoors
Baş anbardar
Son tarix 17 avq 2025 - [email protected]
İş barədə məlumat:
- Anbarda gündəlik iş proseslərinin düzgün təşkilini və nəzarətini həyata keçirmək;
 - Anbar işçilərinin fəaliyyətini effektiv şəkildə yönləndirmək və idarə etmək;
 - Anbarda təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək və bu tələblərin heyət tərəfindən yerinə yetirilməsinə nəzarət etmək;
 - Zədələnmiş və servisə göndərilməli malların vaxtında və düzgün qablaşdırmada göndərilməsini təşkil etmək;
 - Müvafiq satış və sifariş tələblərinə əsasən anbardan düzgün məhsul çıxışını təmin etmək;
 - Anbar üzrə inventarlaşma (sayım) proseslərini təşkil və icra etmək;
 - Bütün əməliyyatların (qaimə, akt və s.) sənədləşməsini prosedur qaydalarına əsasən aparmaq və sənədləri arxivləşdirmək;
 - Fors-major hallarda operativ tədbirlər görmək və mağaza rəhbərliyini məlumatlandırmaq;
 - Anbar proseslərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək.
 
İş şərtləri:
- Əmək haqqı: 1200-1700 AZN(müsahibə əsasənda təyin olunur)
 - İş rejimi: 6 günlük iş rejimi
 - Azərbaycan Respublikası Əmək məcəlləsinə uyğun rəsmiləşdirmə
 - İş yeri: Xırdalan şəhəri
 
Tələblər:
- Cinsi: Kişi
 - Yaş: 25 – 40 yaş
 - Təhsil: Ali təhsil (İqtisadiyyat, logistika və ya idarəetmə sahəsində üstünlükdür)
 - İş təcrübəsi: Müvafiq sahə üzrə rəhbər vəzifədə ən azı 3 il
 - Dil bilikləri: Azərbaycan dili səlis
 - Kompüter bilikləri: MS Word, MS Excel və Logo Tiger proqramlarında sərbəst işləmək bacarığı
 - Anbar idarəetməsi və daxili prosedurlar üzrə təcrübə
 - Dəqiq, məsuliyyətli və nizam-intizamlı olmaq
 - Liderlik bacarığı, heyət idarəetməsi və motivasiya
 - Effektiv qərarvermə və problemhəll etmə bacarığı
 
İşgüzar və hədəf yönümlü, problemləri həll etmə bacarığı olan yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Baş Anbardar” qeyd edərək şəkili CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







