Eden Agro MMC
Satınalma üzrə mütəxəssis
Son tarix 04 dek 2025 - [email protected]
İş yeri:
- Bakı şəhəri, Park View Business Center
- Oğuz rayonu, A.Əsgərov küçəsi 4, Oğuz Qarğıdalı Emalı zavodu
İş şəraiti
- İş vaxtı: I - V günlər 09:00 - 18:00
- Əmək haqqı: Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarıq səviyyəsinə əsasən təyin ediləcəkdir.
- Tabeçilik: Satınalma və Logistika şöbəsinin müdirinə.
Vəzifə öhdəlikləri
- Tələb olunan malların və xidmətlərin alışı istiqamətində cəmiyyətin mənafeyinə uyğun tədarükçülərlə danışıqlar aparmaq, sorğular göndərmək və əlverişli qiymət təkliflərinin əldə olunmasını təmin etmək;
- Bazar araşdırması aparmaq və potensial təchizatçıları tapmaq;
- Bazar araşdırması və tələbnamələrin icra vəziyyəti barədə rəhbərliyə hesabatlar təqdim etmək;
- Yerli və xarici bazarın monitorinqini aparmaq;
- Zavod üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarının tapılması istiqamətində fəaliyyət göstərmək;
- Material resurslarının müəssisənin anbarlarında hərəkətinin uçotunu təşkil etmək;
- Tələb olunan mal - material və xidmətləri prosedura əsaslanaraq vaxtında çatdırmaq;
- Bazar araşdırması nəticəsində alınmış qiymət təkliflərini xüsusi təklif qiymətləndirmə formasına yığmaq və rəhbərliyə təqdim etmək;
- Malların çatdırılması prosesini və ödənişlərinin həyata keçirilməsini təşkil etmək;
- Beynəlxalq təchizatçılardan alınmış malların çatdırılmasını və gömrük rəsmiləşdirilməsi üçün lazımi sənədlərin təqdim edilməsini təşkil etmək;
Tələblər
- Ali təhsil;
- Sahə üzrə minimum 1 - 3 il iş təcrübəsi;
- Yerli və xarici bazar haqqında biliklər;
- Tender sənədlərinin hazırlanması və müqavilə şərtlərinin təhlili üzrə bacarıq;
- Satınalma prosedurları, müqavilə idarəçiliyi və təchizat zənciri prinsipləri haqqında biliklər;
- MS Office proqramları üzrə bilik;
- Azərbaycan dilində səliş danışıq, İngilis dili biliyi mütləq, Rus dili arzuolunandır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV - lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin.













