Ecomedi
Həkim epidemioloq
Son tarix 12 yan 2026 - [email protected]
Vəzifə öhdəlikləri:
- Sanitar-epidemioloji iş rejimini təşkil etməli və bu iş rejiminə riayət olunmasına nəzarət etməlidir;
- Dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin həyata keçirilməsi ilə bağlı dərman preparatlarının hazırlanmasına, həmin dərman preparatlarının effektiv və düzgün tətbiqinə nəzarət etməli, bu sahədə səmərəliliyin və xidmət keyfiyyətinin artırılması ilə bağlı təkliflər verməlidir;
Namizədə tələblər:
- Ali təhsilli ( gigiyena və epidemiologiya ixtisaslarından hər hansı biri üzrə rezidentura təhsili) olmalıdır;
- Müvafiq sahə üzrə minimum 5 il iş stajına, həmçinin 5 il müddətində Həkim Epidemioloq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsinə malik olmalıdır;
- Dezinfeksiya, dezinseksiya və deratizasiya sahəsində nəzəri və praktik bilikləri olmalıdır;
- Dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılması zamanı şəxsi və ictimai təhlükəsizlik tədbirləri barədə məlumatlı olmalıdır;
- “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununu, müxtəlif yoluxucu xəstəliklər zamanı epidemiyaya qarşı tədbirlərin həyata keçirilməsi üzrə qanunvericiliyin əsaslarını, dezinfeksiyanın aparılması və müəssisədaxili intizam qaydalarını, eləcə də əməyin mühafizəsi, təhlükəsizlik texnikası norma və qaydalarını bilməlidir.
Şəxsi keyfiyyətlər:
- Nizam-intizamlı və operativ iş rejiminə uyğunlaşa bilən;
- Təhlükəsizlik qaydalarına ciddi əməl edən;
- Dəqiq və məsuliyyətli yanaşma tərzinə malik.
İş şərtləri:
- İş rejimi: Tam iş günü
- Əmək müqaviləsi ilə rəsmiləşdirilmə
- Əmək haqqı: 800-1000 AZN
- İş yeri: Bakı şəhəri
Əlaqə; +99451 686 12 05
Mail; Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Həkim epidemioloq” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə göndərmələri xahiş olunur.











