EAS CATERING MMC
Baş Mühasib
Son tarix 17 okt 2025 - [email protected]
İş şəraiti:
- İş yeri: Bakı şəhəri
- Əmək haqqı: 2000 AZN (net)
Vəzifə öhdəlikləri:
- Maliyyə və mühasibat uçotunun aparılması (Vergi Məcəlləsi, MHBS və digər normativlərə uyğun);
- Gündəlik mühasibat əməliyyatlarının (alğı-satqı, kassa, bank, əsas vəsaitlər, anbar) düzgün uçotunun təmin edilməsi;
- İşçilərin əmək haqlarının hesablanması (məzuniyyət, müavinət, kompensasiya, “overdraft” və digər ödənişlər);
- Statistika hesabatlarının düzgün və vaxtında hazırlanması;
- Maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə dəqiqliklə təqdim edilməsi;
- Alış sənədlərinə nəzarət (təhvil-təslim aktları, müqavilələr, qiymət razılaşma protokolları və s.);
- Vergi hesabatlarının hazırlanması və təqdim olunması;
- Rəhbərliyin verdiyi digər tapşırıq və göstərişlərini yerinə yetirmək;
- Audit və yoxlamalar zamanı hesabatların təqdim edilməsi və izahların verilməsi.
Namizədə tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat ixtisası üzrə);
- Minimum 3–5 il baş mühasib vəzifəsində və ya oxşar sahədə iş təcrübəsi;
- Vergi qanunvericiliyi və əmək qanunvericiliyi üzrə yüksək biliklər;
- Mühasibat proqramlarında (xüsusilə 1C/ERP sistemləri) və MS Excel-də yüksək səviyyəli bacarıqlar;
- Analitik düşüncə, məsuliyyətlilik və operativlik;
- Catering və xidmət sektorunda təcrübə üstünlük hesab olunur.
Müraciət üçün: CV-lərinizi mövzu hissəsində “Baş Mühasib” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz.