Vəzifə öhdəlikləri:
- Məlumat Bazaları üçün prosedur və təlimatları tərtib və tətbiq etmək, mütəmadi yeniləmək
- Məlumat bazaları üzrə sxem, arxitektur sənədlərini, təlimatları tərtib etmək
- Məlumat bazalarının idarəedilməsi üzrə proses və vasitələri (tools) müəyyən etmək, qurmaq və idarə etmək
- Məlumat bazalarını şirkətin mövcud təhlükəsizlik siyasətlərinə əsasən qurmaq və sazlamaq
- Məlumatların səmərəli istifadəsini təkmilləşdirmək, müvafiq resursları planlaşdırmaq
- Gündəlik sazlama, quraşdırma, nəzarət və təkmilləşdirmə fəaliyyətini icra etmək
- Məlumat bazaları ilə əlaqədar insident və problemlərin həlli üzrə təkliflər vermək, onları tətbiq etmək
Texniki tələblər:
- Məlumat Bazalarının idarə olunması sahəsi üzrə minimum 3 il iş təcrübəsi
- Xarici dil: İngilis dili (yaxşı), Rus (yaxşı)
- Kompüter bilikləri: MSSQL, PostgreSQL, MySQL məlumat bazaları üzrə dərin biliklər
- Məlumat bazalarında High Availability (HA), Disaster Recovery (DR) üzrə dərin biliklər
- Müvafiq sahə üzrə sertifikatların olması arzu olunandır
Bacarıqlar:
- Sənədləri tərtib etmə və işləmə qabiliyyəti
- Analitik təhlil bacarığı
- Problemin araşdırılması ilə əlaqədar dəstəkçi şirkətlə ünsiyyət qurmaq bacarığı
- Proqram təminatı və avadanlıqda nöqsanların aşkarlanması və aradan qaldırılması üzrə bacarıq
- İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması və prioritetlərin təyin edilməsi üzrə bacarıq
- Komanda şəklində işləmə bacarığı
- Daimi olaraq yeni İT biliklərinin mənimsənilməsi bacarığı və yeniliyə həvəsli olmağı
İş şəraiti:
- Ofis daxili;
- İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
- Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
- Əmək haqqının 15 gündən bir ödənilməsi;
- Tibbi sığorta təminatının verilməsi;
- Nahar yeməyinin təmin olunması;
- “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;
Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi [email protected] email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Məlumat bazası inzibatçısı - Aparıcı mütəxəssis” yazılmalıdır.