Dövlət qurumunun tabeliyində publik hüquqi şəxs
Hüquqşünas
Son tarix 04 yan 2025 - [email protected]
İş saatları : 09:00-18:00
İş yeri : Bakı şəhəri, Nəsimi rayonu
Əmək funksiyaları
- Qurumun aiddiyyəti struktur bölmələrinin hüquqa (hüquqi xidmətlərə) dair sorğularına peşəkar şifahi və yazılı cavab vermək;
- Normativ hüquqi akt layihələrinin, təşkilat-sərəncamverici sənədlərin hazırlanmaq və hazırlanmış sənədlərə dair peşəkar hüquqi rəy vermək;
- Çalışdığı struktur bölmənin hazırladığı müqavilə, protokol və digər sənədləri sistemləşdirmək, onların elektron daşıyıcıda arxivləşdirilməsini təmin etmək və nəzarət etmək;
- Yerli və xarici şirkətlərlə olan satınalma, əməkdaşlıq, sponsorluq müqavilələrinin və memorandumların hazırlanmasında iştirak etmək;
- Yerli və xarici investorların investisiya layihələrinə dair hüquqi rəylər vermək, zəruri hüquqi sənədlərin hazırlanmasını təmin etmək;
- Qurumun adından çalışdığı struktur bölmənin fəaliyyəti ilə bağlı digər dövlət qurumlarına və şirkətlərə göndərilən məktubların tərtib olunmasını, tərtib olunmuş məktubların yoxlanılmasını təmin etmək;
- İnzibati, mülki və digər məhkəmə işləri üzrə hüquqi sənədləri hazırlamaq, qurumun məhkəmə işlərinin elektron izlənilməsini təmin etmək və lazım gəldikdə məhkəmədə nümayəndə kimi çıxış etmək;
- Qurum adından digər dövlət və özəl qurumlarda təmsilçilik;
- Qurumdaxili və digər qurumlardan daxil olmuş hüquqi sənədlərin ekspertizasını həyata keçirmək və hüquqi rəylər vermək.
Vəzifə tələbləri:
- Hüquq sahəsində ali təhsil;
- Azərbaycan və ingilis dillərini əla bilmək (Rus dili arzuolunandır);
- Normayaratma sahəsində1 ildən az olmayaraq iş təcrübəsi;
- Kommersiya hüququ, investisiya hüququ, mülki hüquq sahəsinə dair nəzəri biliklər və (və ya) iş təcrübəsi;
- Xarici dillərdə və (və ya) xarici dövlətlərin qanunvericiliyinə uyğun tərtib edilmiş müqavilələrlə işləmək bacarığı;
- Dövlət qurumlarında 2 ildən az olmayaraq iş təcrübəsi;
- İnzibati hüquq sahəsinə, publik hüquqi şəxslərin hüquqi status və fəaliyyətinə dair biliklər;
- Microsoft Office proqramları ilə işləmək bacarığı;
- Hüquqi nitq və peşəkar yazışma qabiliyyəti;
- e-qanun.az, e-mehkeme.gov.az portallarından istifadə etmək üzrə yüksək bacarıqlar;
- Məsuliyyət, dəqiqlik, məntiqi təhlil etmək və detallara fikir vermək qabiliyyəti;
- Ünsiyyətqurma və komandada işləmək bacarığı;
Əmək haqqı:
- Əmək haqqı: 2000-3000 AZN (müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir.).
Göstərilən tələblərə cavab verən namizədlərin öz CV-lərini email-in mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə 20.12.2024-cü il tarixinədək qeyd edilmiş elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır