Dövlət Holdinqi
Baş mütəxəssis – Təsərrüfat şöbəsi
Son tarix 03 mar 2025 - [email protected]
İş yeri: Bakı şəhəri
Əmək funksiyası:
- Gündəlik və dövri təsərrüfat işlərini planlaşdırmaq;
- Təsərrüfat xərci büdcələrini hazırlamaq, xərcləri nəzarətdə saxlamaq, hesabat və xərclərin optimallaşdırılması üçün təkliflər vermək;
- Mal-materialların alışı üçün sifarişlərin qəbulu və icrası;
- Təsərrüfat anbarına nəzarət etmək və sifariş əsasında malları işçilərə paylamaq;
- Təmirə ehtiyacı olan işlərin müəyyən edilməsi və çatışmazlıqların aradan qaldırılması;
- Ofis daxilində yaranan texniki problemlərin aradan qaldırılmasının təşkili;
- Anbara daxil olan və çıxan malların uçotunun aparılması;
- Şirkətin inzibati binasının sanitar qaydalara uyğun, səliqəli və təmiz saxlanılmasını təmin etmək;
- Nəqliyyat vasitələrinin istifadəsinə nəzarət;
- Müvafiq hesabatları hazırlamaq.
Vəzifə tələbləri:
- Təhsil pilləsi (minimum): Bakalavr (magistr dərəcəsi olması arzuolunandır)
- Təhsil ixtisası: Maliyyə, iqtisadiyyat və ya mühasibatlıq üzrə arzuolunandır
- İş təcrübəsi (minimum): Aidiyyəti sahə üzrə 3 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili, İngilis dili (Rus dili arzuolunandır)
- Kompüter bilikləri: Microsoft office proqramları (əsasən Excel, Word), 1C
Vəzifənin tələb etdiyi səriştəliliklər:
- Problem həll etmə bacarıqları;
- Detallara diqqət;
- Komandada işləmək bacarığı;
- Analitik düşünmə bacarığı.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Baş mütəxəssis – Təsərrüfat şöbəsi” qeyd etməyiniz xahiş olunur.