Dost Agropark
Təsərrüfat rəhbəri (Zəngilan)
Son tarix 01 iyn 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Heyvandarlıq, əkinçilik və texniki-təsərrüfat bölmələrinin illik, mövsümi, həftəlik və gündəlik planlamalarına əsasən təsərrüfatın fəaliyyət planının hazırlanması, icrasının təşkili və kənd təsərrüfatı standartlarına uyğunluğuna nəzarət;
- Əkinçilik üzrə aqrotexniki tədbirlər planının hazırlanması və icrasına nəzarət;
- Toxum, gübrə və bitki mühafizə vasitələrinin seçimi və düzgün istifadəsinə nəzarət;
- Kənd təsərrüfatı texnikası və müasir suvarma sistemlərinin fasiləsiz, optimal işləməsinə və təmirinə nəzarət;
- Anbarlara (xammal, yem, ehtiyat hissələri) giriş-çıxışın, sənədlərin prosedura uyğun rəsmiləşdirilməsinin və materialların saxlanılma şəraitinin nəzarətdə saxlanılması;
- Satınalma prosesləri və sifarişlər üzrə məlumatlılıq, lazım gəldikdə keyfiyyətlə bağlı rəy bildirmək;
- Təsərrüfat üzrə xərc mərkəzlərinə nəzarət, resurslardan səmərəli istifadə və optimallaşdırma təşəbbüslərinin həyata keçirilməsi;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının tətbiqinə nəzarət və işçilərin bu istiqamətdə maarifləndirilməsi;
- Tabeçiliyində olan əməkdaşlara gündəlik, həftəlik və aylıq tapşırıqların verilməsi, icrasının izlənməsi və nəticələrin qiymətləndirilməsi;
- Təsərrüfatın fəaliyyəti və nəticələri ilə bağlı rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi və.s;
Tələblər:
- Ali təhsil;
- Minimum 3 ili aidiyyatı vəzifə üzrə olmaqla 5+ il iş təcrübəsi;
- Kompüter bacarıqları: MS Office, 1C;
- Stresədavamlı, tələbkar, məsuliyyətli;
- Problemləri həll etmək bacarığı;
- Yüksək səviyyədə ünsiyyət və idarəetmə bacarıqları;
İş şərtləri:
- İş yeri: Zəngilan
- İş vaxtı: I - VI günlər (qanunvericiliyə uyğun)
- Qonaqlama və qidalanma şirkət tərəfindən təmin olunur.
- Xidməti avtomobil və korporativ nömrə
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.