DO IT MMC
Middle Biznes analitik
Son tarix 01 okt 2025 - [email protected]
Öhdəliklər:
- Müştərinin tələblərinin toplanması və formallaşdırılması.
- Biznes proseslərinin təhlili və modelləşdirilməsi, optimallaşdırma üzrə təkliflərin hazırlanması.
- İlkin tədqiqatlarda və həllərin layihələndirilməsində iştirak.
- Elektron sənəd dövriyyəsi sistemlərinin və korporativ intranet portallarının tətbiqi və sazlanması.
- Texniki tapşırığın hazırlanması eləcə də onun icrası.
- Test prosesində iştirak (test-keslərin hazırlanması, tələblərə uyğunluğun yoxlanılması).
- Müştəri və maraqlı tərəflər üçün təqdimatların və həllərin nümayişlərinin keçirilməsi.
- Proqramist, test və müştərinin texniki mütəxəssisləri komandası ilə qarşılıqlı əlaqə.
- Texniki heyət və sistemin son istifadəçiləri üçün təlimlərin təşkili.
- Layihə və texniki sənədlərin hazırlanması.
- Tətbiq olunan sistemlər üçün konsultasiya və texniki dəstəyin təmin edilməsi.
Tələblər:
- Yaş həddi: 20-30
- Təhsil: Ali texniki təhsil
- İş təcrübəsi: 3-5 il
- Ali texniki təhsil.
- Biznes proseslərinin modelləşdirilməsi notasiya bilikləri (seçim üzrə): Workflow, UML, BPMN, EPC, IDEF0.
- Korporativ sistemlərin tətbiqi və ya hazırlanması layihələrində (analitik/mühəndis rolunda) ən azı 1 illik iş təcrübəsi.
- Məntiqi, anlaşıqlı və strukturlaşdırılmış sənədlər hazırlama bacarığı.
- Modelləşdirmə alətləri ilə iş təcrübəsi: Visio, ARIS.
- Layihə və tapşırıq idarəetmə sistemlərində icraçı kimi iş bacarıqları (Bitrix24, Jira, Trello və s.).
- Agile/Scrum və/və ya Waterfall prinsipləri üzrə baza bilikləri.
- Azərbaycan və rus dillərini mükəmməl bilmək; ingilis dili biliyi üstünlük hesab olunur.
- Ünsiyyətcilik, punktuallıq, stresədavamlılıq, məsuliyyətlilik.
- Tapşırıqları müstəqil həll etmə və komandada işləmə bacarığı.
- Təlimə və peşəkar inkişafına hazırlıq.
Arzuolunan tələblər:
- İnformasiya texnologiyaları sahəsində inkişaf etmiş bacarıqlar, İT texnologiyaları sahəsində əsas müasir istiqamətlər barədə biliklər;
- Kompüter və ofis proqramları barədə biliklər – yüksək səviyyədə
- Korporativ informasiya sistemləri, xüsusilə sənəd dövriyyəsi və kadr idarəetmə sistemləri ilə iş bacarıqları arzuolunandır.
- Linux, Docker, Microsoft ƏS haqqında biliklər;
- Yüksək texniki biliklər: SQL, XML, SOAP, REST API; veb-servislərlə iş təcrübəsi.
Əmək şəraiti:
- İş qrafiki: bazar ertəsi-cümə saat 9:00 - 18:00;
- Şəhərin mərkəzində yerləşmə: Passage 1901, Nigar Rəfibəyli küç. 12
- Mehriban və peşəkar kollektiv;
- Maraqlı tapşırıqlar, bacarıqları nümayiş etdirmə imkanı;
- Karyera inkişafı imkanları;
- Peşəkar təlimlərdə iştirak.
- Əmək haqqı: 1200-1500 AZN
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.