DO IT MMC
Middle Biznes analitik
Son tarix 09 iyl 2025 - [email protected]
Öhdəliklər:
- Layihədən əvvəlki tədqiqatlarda iştirak, biznes proseslərin təhlili;
- Elektron sənəd dövriyyəsi, intranet sistemlərin tətbiq olunması;
- Layihə planı və texniki tapşırığa uyğun olaraq sistemlərin sazlanılması;
- Sifarişçinin texniki işçi heyəti və sistemin istifadəçiləri üçün təlim keçirilməsi;
- Layihənin texniki sənədlərinin hazırlanması;
- Tətbiq olunan sistemlərə texniki və konsultasiya dəstəyi.
Tələblər:
- Yaş həddi: 20-30
- Təhsil: Ali texniki təhsil
- İş təcrübəsi: 3-5 il
- Tam ali texniki təhsil
- Yaxşı texniki biliklər: SQL, XML, SOAP, REST API, veb-servislərlə iş təcrübəsi
- Biznes proseslərin modelləşdirilməsi üzrə notasiya bilikləri: Workflow, UML, BPMN, EPC, IDEF0
- Korporativ sistemlərin hazırlanması və ya tətbiqi layihələrində Analitik və ya mühəndis vəzifəsində minimum 2 il iş təcrübəsi
- Məntiqi cəhətdən düzgün və aydın sənədlər hazırlamaq bacarığı
- Kompüter və ofis proqramlarında yüksək istifadə bacarığı
- Biznes proseslərinin modelləşdirilməsi üçün proqramlardan sərbəst istifadə: Visio, ARIS, Lucidchart.
- Korporativ informasiya sistemləri, xüsusilə elektron sənəd dövriyyəsi, işçi heyətinin idarə olunması sistemləri ilə tanışlıq;
- Məntiqi cəhətdən yoxlanılmış və anlaşılan sənədləri yazma bacarığı;
- Dil bilikləri: Rus və Azərbaycan dili – mükəmməl səviyyədə, ingilis dili – arzuolunandır;
- Ünsiyyətcillik, punktuallıq, stressə dözümlülük, məsuliyyətlilik, qarşıya qoyulan vəzifələri müstəqil həlletmə, komandada işləmə bacarığı;
- Öyrənmə bacarığı, inkişaf etməyə və yeni biliklər əldə etməyə meyllilik;
Əmək şəraiti:
- İş qrafiki: bazar ertəsi-cümə saat 9:00 - 18:00;
- Şəhərin mərkəzində yerləşmə: Passage 1901, Nigar Rəfibəyli küç. 12
- Mehriban və peşəkar kollektiv;
- Maraqlı tapşırıqlar, bacarıqları nümayiş etdirmə imkanı;
- Karyera inkişafı imkanları;
- Peşəkar təlimlərdə iştirak.
- Əmək haqqı: 1200-2000 AZN
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.