Digital Home
Mağaza müdiri (Ağdaş)
Son tarix 23 may 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Mağazanın daxili fəaliyyətlərini gündəlik olaraq tənzimləmək və satışla bağlı bütün əməliyyatlara nəzarət etmək;
- Mağaza heyyətinin daxili nizam-intizam qaydalarına və iş keyfiyyətinə riayət olunmasının təmin edilməsi;
- Qoyulmuş satış hədəflərinə çatmaq üçün müvafiq tədbirlərin görülməsi;
- Mağazadakı satış komandasının istiqamətləndirilməsi və idarə olunması üzrə gündəlik toplantılar keçirmək və onlara tapşırıqlar vermək;
- Sənədləşmə işinin aparılması, müvafiq qaydada cari əməliyyatların, hesabatların, sənədlərin tərtib edilməsi və məsul şəxslərə göndərilməsini təmin etmək.
- Mağaza daxilində satış və istifadə üçün olan maddi vəsaitlərə nəzarətin edilməsi.
İş şərtlərimiz:
- İş qrafiki: Həftədə 1 gün istirahət;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Korporativ nömrə;
Tələblər:
- Satış sahəsində minimum 2 il iş təcrübəsi olmalı;
- Yüksək təşkilati bacarıqları (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.) olmalı;
- Problemləri effektiv şəkildə həll etməli;
- Güclü komanda rəhbərliyi, ünsiyyət və problem həll etmə bacarığı;
- 1C proqramı ilə işləmə bacarığı arzu olunandır;
- Müştərilərə xidmət qaydalarını və metodlarını, satış psixologiyasını və prinsiplərini bilməli;
Bizim komandaya qoşulmaq istəyən namizədlərdən xahiş olunur ki, cv-ni "Mağaza müdiri (Ağdaş)” hissəsində qeyd etməklə Müraciət Et butonunda qeyd olunan elektron poçtuna göndərsinlər.