Diamed Klinikası
Baş Tibb Bacısı
Son tarix 11 apr 2025 - [email protected]
İş barədə məlumat:
- İş yeri: Bakı şəh., Nərimanov ray., Həsən Əliyev 101, Diamed klinikası
- İş rejimi: 6 günlük tam iş həftəsi
- İş saatı: Müsahibədə dəqiqləşəcək
Tələblər
- Təhsil: Tibb bacısı işi üzrə orta ixtisas təhsili mütləqdir. (kurs təhsili qəbul olunmur)
- Sertifikasiyadan keçmiş olsun. (Sertifikat müddətinin bitməsinə minimum 1 il qalsın)
- Dil biliyi: İngilis dili arzuolandır, Rus dili yaxşı səviyyədə.
- İş təcrübəsi: Əməliyyat Şöbəsində baş tibb bacısı kimi minimum 2 il
- Müqavilə: Azərbaycan Respublikasının ƏM-nin qanunvericiliyinə uyğun formada
Əmək haqqı: 1000-1500 AZN (Namizədin savadına və iş təcrübəsinə əsasən)
Vəzifə öhdəlikləri:
- Bölmənin işini təşkil və idarə etmək, işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək
- Tibb bacılarının, həkim köməkçilərinin və xadimələrin işinə nəzarət etmək
- Tabeliyində olan işçi heyətinimaarifləndirilmək və fəaliyyətini qiymətləndirmək
- Tibb otaqlarının müayinəyə/müalicəyə hazırlanmasını təşkil və təmin etmək
- Klinika, o cümlədən ümumi inzibati binanın təmizlik işini etmək
- Sterilizasiya işini təşkil etmək, sterilizasiya otağını nəzarətdə saxlamaq
- Tibbi anbarı idarə etmək, mal-materialların anbara qəbulunu, çıxışını, uçotunu, bölgüsünü, işlənilməsi, saxlanılmasımüvafiq tələblərə uyğun təmin etmək
- İşi ilə bağlı müvafiq periodik hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək
- Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək
Yuxarıda qeyd olunan tələblərin hərhansı biri üzrə təcrübəsi olan Mütəxəssis-Əczaçıların, mövzu bölməsində vəzifənin adı qeyd edilməklə şəkilli CV-ləri elektron poçt ünvanına göndərməyi xahiş olunur. CV göndərərkən Əməliyyat Baş Tibb Bacısı yazılması mütləqdir. Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.