Diamed Co.
Elektronika Mühəndisi
Son tarix 14 yan 2023 - [email protected]
İş barədə məlumat:
- Avadanlıqların təmzimlənməsi, sazlanması işlərini görmək
- Avadanlıqlara texniki baxışın keçirilməsi, diaqnostika- profilaktika işlərini görmək
- Avadanlıqların montaj və quraşdırma işlərini həyata keçirmək
- Mövcud avadanlıqların işlək fəaliyyətini təmin etmək
- Avadanlıqlarda yarana biləcək problemləri vaxtında və operativ surətdə aradan qaldırmaq
- Avadanlıqların düzgün texniki istismarının təmin edilməsi, yoxlanılması və təmiri
- Avadanlıqların texniki vəziyyətinin istismara uyğunluğuna nəzarət etmək
- Sıradan çıxmış avadanlığın ehtiyat hissələrinin sifariş edilməsi və yeni hissələrlə əvəz olunmasını təmin etmək
- Avadanlıqların ehtiyat hissələri ilə təmin edilməsi, istismarda olan cihazların mühafizəsinə nəzarət edilməsi
Namizədə tələblər:
- Ünsiyyət qurabilmə, azərbaycan və rus dillərində səlist danışıq bacarığı olmalıdır(Ingilis dili bilənlərə üstünlük veriləcək)
- Kompüter bilikləri: İnternet, Mirosoft Office, Excell-Word, Outlook
- Avadanlıqların işləmə rejimləri və texniki istismarı qaydalarını bilməli
- Elektron qurğu və avadanlıqlar üzrə təmir cihazları ilə işləmə bacarığına malik olmalı
- Təmir xidmətinin təşkili və həyata keçirilməsi qaydaları üzrə biliklərə malik olmalı
- Elektron qurğuların təhlükəsiz xidmətinin icra edilməsinə nəzarət etməli
- Elektronika-Avtomatika sahəsində ali təhsil
- Elektrik çertyojları oxuma bacarığı
- Azərbaycan və rus dilləri üzrə ünsiyyət qurmaq bacarığı
- Ünsiyyət qura bilmə, analiz və təhlilləri apara bilmək bacarığı.
Əmək haqqi: 2000 – 2500 manat
Uyğun CV-ləri mövzu yerinə "Elektronika mühəndisi" yazaraq elektron ünvanına göndərməyiniz xahiş olunur.