Datum
Biznes Analitik
Son tarix 13 okt 2023 - [email protected]
Vəzifələri:
- Biznes tələblərini toplamaq və sənədləşdirmək üçün sifarişçinin nümayəndələri ilə analitik müsahibələrin aparılması, sifarişçinin tələblərinin müəyyən edilməsi və təhlili
- Biznes tələblərin və istifadəçi ehtiyaclarının öyrənilməsi, analiz edilərək layihə komandasına ötürülməsi
- Layihə üzrə Texniki Tapşırığın və digər texniki sənədlərin təhlil edilməsi, yaranan sualların, çatışmazlıqların, varsa ziddiyyətlərin aydınlaşdırılması üçün sifarişçi ilə müzakirələrin aparılması
- Müxtəlif analiz sənədlərinin, hesabatların hazırlanması
- Müxtəlif modellərin, sxemlərin, iş axınlarının təsviri və sənədləşdirilməsi
- Texniki tələblərin layihə komandası ilə müzakirə edilməsi
- Funksionallıqların testi zamanı test komandası ilə sıx əməkdaşlıq edilməsi
- Layihə komandasına biznes ehtiyaclarını effektiv şəkildə çatdırmaq üçün istifadəçi hekayələri və qəbul meyarlarının hazırlanması
Namizədə tələblər:
- Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti
- Minimum 3 il İT analitik, Biznes analitik və ya oxşar sahədə iş təcrübəsi
- Biznes və texnologiyanın tələblərini anlamaq
- Proqram təminatının inkişaf etdirilməsi prosesi haqqında biliklər
- İş axınlarını, tapşırıqların izlənməsini və sənədləşdirməni həyata keçirmək üçün layihə idarə edilməsi alətləri ilə tanışlıq.
- Agile metodologiya haqqında biliklər
- Komanda ilə işləmək, individual qərarlar alabilmək və stres altında işləyə bilmək
- Rus və İngilis dillərində yazışma, ünsiyyət və texniki sənədlərin hazırlanması səviyyəsində biliklər
Maaş: 1200-1800 AZN
Qeyd: Uyğun namizədlər CV-lərini “Biznes Analitik” başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər.