Daşkəsən Dəmir Filiz MMC
Satınalma üzrə mütəxəssis
Son tarix 15 may 2026 [email protected]
Vəzifə öhdəlikləri:
- Satınalma planlarına əsasən bazar araşdırması aparmaq, potensial təchizatçıları müəyyənləşdirmək və təkliflər toplamaq;
- Satınalma sənədlərinin (sifarişlər, protokollar, ƏŞT və s.) düzgün və vaxtında rəsmiləşdirilməsini təmin etmək;
- Təchizatçılarla davamlı əlaqəni təmin etmək və yaranan məsələlərin operativ həllini təşkil etmək;
- Elektron sənəd dövriyyəsinin təşkili və idarə olunması, həmçinin müvafiq proseslər üzrə operativ icranın təmin edilməsi.
- Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirmək;
Namizədə tələblər:
- Ali təhsilli;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunvericiliyi üzrə biliklərin olması arzuolunandır;
- Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf;
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Dalğa plaza
- Ezamiyyə imkanları (zəruri hallarda)
- 5 günlük iş rejimi (bazar ertəsi – cümə)
- İş vaxtı: Seçimə əsasən (08:00-17:00; 09:00-18:00; 10:00-19:00)
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Satınalma üzrə mütəxəssis” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə Müraciət et düyməsində qeyd olunan elekton poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.














