Daşkəsən Dəmir Filiz MMC
İctimaiyyətlə əlaqələr üzrə koordinator (Bakı)
Son tarix 11 fev 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- PR layihələrinin büdcələndirilməsində iştirak, hesabatlılığın aparılması;
- Media orqanları, jurnalistlər və digər KİV nümayəndələri ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi;
- Press-relizlər, çıxış nitqləri, məqalə, bloq yazıları, xəbər bülletenləri və vebsayt məzmunu daxil olmaqla daxili və xarici kommunikasiya kanalları üçün yaradılan məzmunların redaktəsi, ehtiyac olduqda yazılması;
- Mətbuat konfransı, dəyirmi masaların, rəhbərliyin ictimaiyyətlə görüşlərinin təşkil edilməsi, işıqlandırılması və press-turların təşkili;
- Korporativ dəyərlərin formalaşdırılması və təbliğatı, sosial-korporativ və motivasiya tədbirlərinin təşkili barədə təkliflərin verilməsi və səlahiyyətləri daxilində həyata keçirilməsində iştirak edilməsi;
- Qurumlar arası informasiya mübadiləsinin təşkil edilməsi, zəruri məlumatların əməkdaşlara operativ və qısa müddət ərzində təqdim edilməsi məqsədilə təkliflərin hazırlanması və həyata keçirilməsində iştirak edilməsi;
- İşçilərlə əlaqələrin təkmilləşdirilməsi ilə bağlı sorğuların, monitorinqlərin aparılması və nəticələr üzrə hesabatların tərtib edilməsi işində iştirak edilməsi;
- İclaslarının təşkili ilə bağlı zəruri işlərin görülməsində iştirak etmək;
- Rəhbərliyin iştirakı nəzərdə tutulmuş tədbirlərə və getdiyi səfərlərə hazırlıq işlərinin görülməsi ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsində iştirak etmək;
- Rəhbərlik adına daxil olmuş təbrik məktublarının uçotunu aparmaq və onların adından təbrik məktublarının layihələrinin hazırlanmasında iştirak etmək;
- Rəhbərlik tapşırığına əsasən səlahiyyətləri daxilində cəmiyyəti dövlət orqanları, idarə, müəssisə və təşkilatlar, hüquqi və fiziki şəxslərlə münasibətdə təmsil etmək;
- Rəhbərlik tərəfindən şöbənin fəaliyyəti ilə bağlı müəyyən olunmuş digər zəruri funksiyaların icra edilməsi;
- Müvafiq dövrlər üzrə şöbənin fəaliyyəti ilə bağlı hesabatlar hazırlanmasına rəhbərlik etmək;
Namizədə tələblər:
- Müvafiq sahə üzrə ali təhsil;
- Ən azı 3 il müvafiq sahə üzrə iş təcrübəsi;
- Orfoqrafik yazı qaydalarını mükəmməl bilmək;
- Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti;
- Güclü kommunikasiya və təqdimat bacarığı;
- Yaradıcı düşüncə qabiliyyəti;
- Məsuliyyətli və diqqətli olmaq;
- Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə İngilis və Rus dili;
- Microsoft Office proqramları;
Digər məlumatlar:
- İş yeri: Bakı şəhəri, Xətai rayonu,Yeryomenko 73
- Ezamiyyə imkanları (zəruri hallarda)
- 5 günlük iş rejimi (bazar ertəsi – cümə)
- İş vaxtı: 09:00 – 18:00
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “İctimaiyyətlə əlaqələr üzrə koordinator” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə elektron poçt ünvanına göndərmələri xahiş olunur.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.