Daşkəsən Dəmir Filiz MMC
Baş hüquqşünas
Son tarix 20 dek 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Mülki, kommersiya, əmək, cinayət, inzibati və prosessual hüquq, o cümlədən dövlət satınalmaları haqqında qanunvericiliyə dair müfəssəl biliklərə malik olmaq və düzgün tətbiq etmək
- Alqı-satqı, xidmət, satınalma və digər növdə olan əqdlərin layihələrini hazırlamaq, Cəmiyyətin adından bağlanılan müqavilələr və onunla bağlı digər sənədlərə hüquqi rəy vermək, müqavilələrin qüvvədə olma müddətinə nəzarəti həyata keçirmək
- Hüquqi mübahisələr üzrə məhkəməyəqədər, o cümlədən məhkəmə dövründə proseslərin icra edilməsində iştirak etmək, ərizələrin, iddia ərizələrinin, apellyasiya şikayətlərinin, etirazların, vəsatətlərin, qərardaddan şikayətlərin və s. hazırlanmasını təmin etmək
- Dövlət orqanlarından və digər qurumlardan daxil olan sorğulara baxmaq və zəruri araşdırmanı apararaq cavablandırılması prosesində iştirak etmək
- Bütün dövlət idarəetmə, notariat, məhkəmə, hüquq-mühafizə və icra orqanlarında, o cümlədən digər hüquqi və fiziki şəxslər qarşısında Cəmiyyəti təmsil etmək
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində baxmaq, zərurət olduqda araşdırma aparmaq və nəticələri barədə məktub layihələrinin hazırlanmasını təmin etmək
- Cəmiyyətin fəaliyyəti çərçivəsində zəruri olan, o cümlədən digər struktur bölmələrin müraciəti və ya Cəmiyyət rəhbərliyinin tapşırığına əsasən hüquqi məsələlərə dair rəylərin hazırlanmasında iştirak etmək
- Struktur bölmələrə hüquqi dəstəyin göstərilməsini təmin etmək
- Şöbənin fəaliyyəti ilə əlaqədar olaraq statistik və digər hesabatların hazırlanmasında iştirak etmək
- Rəhbərlik tapşırıqlarına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirmək
Namizədə tələblər:
- Ali hüquq təhsilli;
- Hüquqi mübahisələr,müqavilələr hazırlanması istiqaməti üzrə minimum 2 (iki) il iş təcrübəsinə malik olmaq;
- Mülki, Vergi, Gömrük, İnzibati xətalar Məcəllələrini, Əmək qanunvericiliyi barədə biliklərə malik olmaq;
- Peşəkar ünsiyyət psixologiyasını bilmək;
- Korporativ idarəetmə sisteminin əsaslarını və Korporativ mədəniyyətin əsaslarını bilmək;
- Sahəsinə aid olan sənədləri tərtib edə bilmək;
- Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilmək (rus dili arzuolunandır).
Bacarıqlar:
- Analitik düşünmə qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- İşgüzar və hüquqi yazışma bacarığı;
- İşin planlaşdırılması bacarığı;
- Bilik və bacarıqlarını artırmaq üçün öz üzərində davamlı çalışmaq;
- Yaradıcı və təşəbbüskar olmaq;
- MS Office proqramlarında sərbəst işləyə bilmək.
Digər məlumatlar:
- İş yeri: Bakı şəhəri, Mikayıl Müşfiq 2H
- Ezamiyyə imkanları (zəruri hallarda)
- 5 günlük iş rejimi (bazar ertəsi – cümə)
- İş vaxtı: 09:00 – 18:00
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Baş hüquqşünas” qeyd etməklə e-mail ünvanına göndərmələri xahiş olunur.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.