Crystal Group
Təftiş üzrə audit vakansiyası (Ərazi üzrə)
Son tarix 18 sen 2023 [email protected]
Vəzifəyə olan tələblər:
- Fəaliyyət göstərilən ərazidə fakturaların və müştəri borclarının yoxlanışlarını həyata keçirmək və nəticələri raportlamaq;
- Müştərilərlə imzalanmış müqavilə şərtlərinə uyğun çalışmaların yoxlanılması və raportlanması;
- Kampaniyaların təsdiqlənmiş standart prosesinə uyğun həyata keçirilməsini yoxlamaq və raportlamaq;
- Ərazilərdə inventarın yoxlanılması və raportlanması;
- Satış nöqtələri üzrə borc qalıq raportunu təhlil etmək;
- SN-nin pul ödəmə qabiliyyətini qiymətləndirmək və onlar haqqında rəy vermək;
- SN-ləri ilə bağlanmış müqavilələrin şərtlərinə əsasən qəbul etdikləri malların pulunu vaxtında satış təmsilçiləri tərəfindən yığılmasını təmin etmək və köməklik göstərmək;
- Yeyintilərin olmaması üçün marşurut rutu üzrə mütamadi olaraq bütün SN-lərə baş çəkərək pulların ödəniş qaydaları haqqında təbliğat aparmaq;
- Sənəd dövriyyəsinə uyğun bütün hesabatlatı vaxtı-vaxtında şöbə müdirinə təqdim etmək;
- İllik sayımlarda iştirak etmək;
- Birbaşa tabe olduğu müdir tərəfindən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi:
- Nəticələrin bəyan edilmiş məqsəd və vəzifələrə cavab verməsini və planlaşdırıldığı kimi icra olunmasını təmin etmək üçün əməliyyatların və ya proqramların nəzərdən keçirilməsi
- Təftiş fəaliyyəti ilə bağlı məsələlərdə şirkətin və qrup şirkətlərinin struktur bölmələri və vəzifəli şəxsləri ilə qarşılıqlı əlaqə qurmaq
- Araşdırma nəticələrini təqdim etmək və uyğunluğu və səmərəliliyi artırmaq yollarını tapmaq
- İş saatı 09.00-18.00
- Şənbə bazar istirahət
- Korporativ nömrə ilə təmin
Tələblər:
- Ali təhsil
- Microsoft Office proqramlarında yaxşı səviyyədə çalışma bacarığı
- Komanda ilə işləmə bacarığı
- Güclü analitik bacarıqlar
Əmək haqqı 1000-1200 Net.
Hüquqşünas
Son tarix 18 sen 2023 [email protected]
Öhdəliklər:
- Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi;
- Mülki, Mülki - prosessual, cinayət, cinayət-prosessual, inzibati xətalar, əmək qanunvericiliyi ilə işləməyi bacarmaq;
- Etibarnamələrin hazırlanması;
- Notarius işlərinin təşkili və sənədlərin təsdiqi;
- Məhkəmə işləri ilə bağlı sənədlərin (iddia ərizələri, apellyasiya şikayətləri, etirazlar, vəsatətlər, qərardaddan şikayətlər və s.) hazırlanması;
- Əməklə bağlı mübahisələrə və əmək müqavilələrinin təyinatına aid konsultasiya vermək;
- Məhkəmələrdə, ictimai və dövlət idarələrində şirkətin maraqlarının qorunması və təmsil edilməsi;
- Aidiyyatı orqanlara sorğu və müraciətlər göndərmək, daxil olmuş müraciətləri cavablandırmaq;
- Rəhbərliyin göstəriş və tapşırıqlarına müvafiq olaraq şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək
- Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması, hüquqi ekspertizası və müzakirəsi;
- Qanunvericilik layihələrinin hazırlanması və bununla bağlı müvafiq qurumlarla işlərin aparılması;
- Daxili idarəetmə prosedurlarının hazırlanmasında iştirak etmək onların, hüquqi ekspertizasını təmin etmək;
- Xidmətin struktur bölmələrinə hüquqi məsləhət və dəstək verilməsi;
- Xidmətin fəaliyyətinin müvafiq qanunvericilik aktlarına uyğunluğunu təmin etmək;
- Müqavilələr və digər hüquqi məsələlərlə bağlı uyğunsuzluqların aşkar edilməsi və onların aradan qaldırılması üçün yeni yanaşmaların formalaşdırılması.
Tələblər:
- Hüquq və ya beynəlxalq hüquq sahəsi üzrə bakalavr dərəcəsi;
- Hüquq sahəsində minimum 2 il iş təcrübəsi (dövlət qurumlarında, habelə tikinti sahəsində iş təcrübəsinin olması arzuolunandır);
- Dövlət satınalmaları sahəsində zəruri biliklərə sahib olmaq və prosedurları tətbiqini anlamaq;
- İngilis və rus dillərinin bilməsi arzuolunandır;
- Ofis proqramlarında sərbəst işləmək bacarığı;
- Güclü analitik və problem həll etmə bacarıqları;
- Detallara diqqətlə yanaşmaq;
- Təşəbbüskar olmaq.
İş rejimi:
- 09.00-18.00
- şənbə bazar istirahət
- korporativ nömrə ilə təmin
Əmək haqqı 1200-1500 Net.
Sətəm üzrə mütəxəssis
Son tarix 18 sen 2023 [email protected]
Öhdəliklər:
- Müəssisədə Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit bağlı işlərin təşkili, əlaqələndirilməsi və planlaşdırılması, ƏM və TT-nin vəziyyətinə, uçotuna, təhlilinə nəzarətin təşkili üzrə tədbirlər planı hazırlayır;
- Müəssisənin bölmə rəhbərləri və mütəxəssislərlə əlaqəli şəkildə müəssisədə əmək şəraitinin və əməyin mühafizəsinin daha da yaxşılaşdırılması üzrə illik tədbirlər planı hazırlayır və təsdiq olunması üçün rəhbərliyə təqdim edir;
- Müəssisənin bölmə rəhbərləri və mütəxəssisləri ilə birlikdə yuxarı təşkilatların və nəzarət orqanlarının əməyin mühafizəsi üzrə göstərişlərinin yerinə yetirilməsi, yoxlamalar nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə tədbirlər planı hazırlayır və baxılması üçün rəhbərliyə təqdim edir;
- İstehsalat xəsarətlərinin profilaktikasını və əmək şəraitinin yaxşılaşdırmasını təşkil edir;
- Müəssisənin bölmə rəhbərləri ilə birlikdə istehsalat xəsarətlərini təhlil edir və istehsalat xəsarətlərinin qarşısının alınması üçün tədbirlər görür;
- Bədbəxt hadisələrin təhqiq olunmasında iştirak edir və İZ formalı akt tərtib edir;
- İstehsalatda bədbəxt hadisələrin uçotunu aparır, ƏM və TT üzrə müəyyən olunmuş formada hesabat hazırlayır;
- İstehsalat xəsarətlərinin və ətraf mühitin çirklənməsinin qarşısının alınması məqsədi ilə müəssisə rəhbərliyinin keçirəcəyi iclasların materiallarını hazırlayır;
- Lazım olan hallarda istehsalat binalarında hava şəraitinin, mikroiqlimin, küyün, vibrasiyanın və istehsalat şəraitinin digər amillərinin əlavə yoxlanmasını təşkil edir;
- Müəssisənin bölmə rəhbərləri və mütəxəssisləri ilə birlikdə köhnəlmiş mühafizə vasitələrinin təkmilləşdirilməsi, yeni vasitələrin tətbiqi haqqında təkliflər hazırlayır (çəpərləmə, müdafiə qurğuları, ventilyasiya sistemləri, işıqlandırma, işarəvermə və s.);
- İşçilərin təhlükəsizliyinin təmin edilməsi üzrə qabaqcıl təcrübəni öyrənir və bu təcrübənin müəssisədə tətbiq olunmasını təşkil edir;
- ƏM və TT üzrə baxış-müsabiqələrin, seminarların təşkilində və keçirilməsində iştirak edir;
- ƏM və TT üzrə yaradılacaq daimi komissiyanın şəxsi tərkibi haqqında müəssisə rəhbərinə təkliflər verir, Komissiyanın iş planını tərtib edir və bu plana əsasən hər bir sex, sahə, obyektləri yarım ildə bir dəfədən az olmayaraq yoxlayır;
- Təhlükəsizlik texnikası üzrə işarələrin siyahısını və yerləşmə sxemlərini, xəbərdaredici rənglə rənglənməli olan obyektlərin siyahısını tərtib edir;
- Müəssisənin sanitar-texniki vəziyyətinin pasportlaşmasını təşkil edir, iş yerlərinin attestasiyası və yeni avadanlığın istismara qəbulu üzrə təşkil olunan komissiyalarda iştirak edir;
- Əməyin mühafizəsinin öyrədilməsini və təbliğini təşkil edir, əməyin mühafizəsi üzrə məşğələlərin keçirilməsi, işçilərin ƏM üzrə biliklərinin yoxlanmasını təşkil edir və bu işin cədvəlini hazırlayır;
- Giriş təlimatını aparır.
- Mühəndis-texniki işçilərin biliklərini yoxlayan komissiyanın işini təşkil edir və onun işində iştirak edir, sexlərin, bölmələrin rəhbərlərinə təlimatların, proqramların işlənib hazırlanmasında metodiki yardım göstərir;
- Əməyin mühafizəsi kabinetinin işini təşkil edir, kabineti lazımı texniki və əyani avadanlıqla təchiz edir.
- ƏM və TT üzrə təlimatların vaxtında və keyfiyyətlə aparılmasını yoxlayır;
- Qurğu və avadanlığın vaxtında sınmasına, qoruyucu vasitələrinin və mühafizə qurğularının yoxlanılmasına, kollektiv mühafizə vasitələrinin sazlığına nəzarət edir;
- İşçilər və bilavasitə işə rəhbərlik edən şəxslər tərəfindən təhlükəsizlik qaydalarına əməl edilməsinə nəzarət edir;
- Yüksək təhlükəli obyekt və avadanlıqlara, habelə təhlükəsizlik və nəzarət cihazlarının istismarı zamanı texniki sənədləşdirilmənin düzgün aparılmasına nəzarət edir;
- Fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə, sınanmasına və onlardan düzgün istifadə olunmasına nəzarət edir;
- Bədbəxt hadisələrin nəticələrinin yekunları üzrə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsinə nəzarət edir;
- Təsərrüfat sahələrində və digər Strukturlarda əməyin mühafizəsi guşələrinin işinə nəzarət edir;
- Struktur rəhbərləri ilə birlikdə əməyin təhlükəsizliyi standartlarının tətbiq edilməsi üzrə təşkilatı texniki tədbirlər planı hazırlayır;
- İş yerlərində tələb olunan ƏM və TT üzrə normativ-texniki sənədlərin siyahısını tərtib edir;
- ƏM və TT üzrə müəssisə standartlarının və təlimatların işlənib hazırlanmasını təşkil edir və bu işdə iştirak edir;
- ƏM və TT üzrə xidməti yazışma aparır;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirir.
Vəzifə səriştələri:
- Planlama və Təşkilatçılıq
- Risklərin idarə edilməsi
- Hesabatvermə
- Qiymətləndirmə bacarığı
- Analitik Düşünmə, analiz etmə, diqqətcillik
Vəzifədən gözləntilər:
Kvalifikasiyalar:
- Təhsil səviyyəsi: Ali
- Dil bilikləri: Azərbaycan dili (əla) İngilis dili (orta) Rus dili (orta)
- Kompyuter bilikləri: Word (yaxşı) Excel (yaxşı)
- İş təcrübəsi: Sahə üzrə 1-3 il təcrübə olması arzuolunandır ama şərtdir
İş rejimi 09.00-18.00
Şənbə bazar İstirahət
Korporativ nömrə ilə təmin olmaq
Əmək haqqı 1000-1200 Net.
İT üzrə mütəxəssis-Proqramist
Son tarix 18 sen 2023 [email protected]
Öhdəliklər:
- İstifadəçi kompüterlərinə nəzarət və çıxan problemlərin həlli;
- İT avadanlıqlarının (Hardware) quraşdırılması və avadanlıqlarda çıxan problemlərin həlli;
- Mövcud Windows sistemləri əsasında qurulan proqram təminatlarında işləmək;
- Serverlərdə yaranmış nasazlıqları aradan qaldırmaq;
- Kompyuter şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması;
- Switch, AP və Router şəbəkə avadanlıqlarının quraşdırılması;
- Ümumi sistem və tətbiqi proqram vasitələrini (əməliyyat sistemləri, ofis proqramları və s.) qurmaq və düzgün işləməsinə nəzarət etmək;
- Aktual məlumatın rezerv surətini yaratmaq, informasiya və analitik hesabatları hazırlamaq;
- Baş ofis və filiallar arasında informasiya axını sisteminin düzgün qurulmasını təmin etmək;
- AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
- İş qrafiki: 5 günlük;
- İş saatı: 09:00 - 18:00.
Tələblər:
- Təcrübə: Qeyd olunan sahədə 3 il;
- Dil bilikləri: Azərbaycan ;
- Kompüter bacarıqları: Windows 2003 server və Windows 2008 server əməliyyat sistemləri üzrə nəzəri və praktiki biliklərə sahib olmalı;
- Hardware, Cisco switch, HP switch şəbəkə avadanlıqlarının sazlanması;
- Şirkətdə printer, kamera və telefonların daimi işlək olmasını nəzarətdə saxlamaq.
- Proqram təminatlarını bilmək.
Əmək haqqı 1000 Net
Maliyyə üzrə audit
Son tarix 18 sen 2023 [email protected]
Tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və audit ixtisasları üzrə);
- Sahə üzrə 3-5 il iş təcrübəsi; beynəlxalq audit
- Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
- Azərbaycan dilini mükəmməl bilməli, İngilis dili və Rus dili bilikləri arzuolunandır,
- Komandada işləmək bacarığı;
Vəzifə öhdəlikləri:
- Hazırlanan aylıq, rüblük və illik hesabatların daimi auditinin aparılması;
- Şirkət büdcələrinin təhlil olunması və xərclərin büdcələrə uyğunluğunun monitorinqi;
- Risk və kontrolların müəyyən edilməsi, dəyərləndirilməsi və sənədləşdirilməsi;
- İlkin sənədləşmədən son hesabatlara kimi bütün muhasibat yazılışlarının araşdırılması və səmərəli hesabatlıq sisteminin təsis olunması;
- Audit nəticələrinə dair hesabatların dövri olaraq təqdim olunması;
- Şirkətlərin maliyyə hesabatlarının dəqiqliyini, etibarlığını, mühasibat uçotu məlumatları sisteminin düzgün tətbiqinin nəzarətdə saxlanması
- Risklərin və bütün növ əməliyyatların auditini həyata keçirmək;
- Mühasibat uçotu, vergi məcəlləsi üzrə Azərbaycan Respublikasının qanunlarını, normativ hüququ aktlarını, mövçud uçot-hesabat formaları və onların tərtibi qaydalarını, əmək haqqının ödənilməsi haqqında qüvvədə olan əsasnaməni, sənədli təftiş və yoxlamaların aparılma qaydalarını və əmək qanunvericiliyinin əsaslarını bilmək;
İş rejimi: 5 gün
Əmək haqqı: 1500-1800 Net
Müqavilə: Əmək müqaviləsi.