Crystal Group
Təftiş üzrə audit (Ərazi üzrə)
Son tarix 18 yan 2024 - [email protected]
Vəzifəyə olan tələblər:
- Fəaliyyət göstərilən ərazidə fakturaların və müştəri borclarının yoxlanışlarını həyata keçirmək və nəticələri raportlamaq;
- Müştərilərlə imzalanmış müqavilə şərtlərinə uyğun çalışmaların yoxlanılması və raportlanması;
- Kampaniyaların təsdiqlənmiş standart prosesinə uyğun həyata keçirilməsini yoxlamaq və raportlamaq;
- Ərazilərdə inventarın yoxlanılması və raportlanması;
- Satış nöqtələri üzrə borc qalıq raportunu təhlil etmək;
- SN-nin pul ödəmə qabiliyyətini qiymətləndirmək və onlar haqqında rəy vermək;
- SN-ləri ilə bağlanmış müqavilələrin şərtlərinə əsasən qəbul etdikləri malların pulunu vaxtında satış təmsilçiləri tərəfindən yığılmasını təmin etmək və köməklik göstərmək;
- Yeyintilərin olmaması üçün marşurut rutu üzrə mütamadi olaraq bütün SN-lərə baş çəkərək pulların ödəniş qaydaları haqqında təbliğat aparmaq;
- Sənəd dövriyyəsinə uyğun bütün hesabatlatı vaxtı-vaxtında şöbə müdirinə təqdim etmək;
- İllik sayımlarda iştirak etmək;
- Birbaşa tabe olduğu müdir tərəfindən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi:
- Nəticələrin bəyan edilmiş məqsəd və vəzifələrə cavab verməsini və planlaşdırıldığı kimi icra olunmasını təmin etmək üçün əməliyyatların və ya proqramların nəzərdən keçirilməsi
- Təftiş fəaliyyəti ilə bağlı məsələlərdə şirkətin və qrup şirkətlərinin struktur bölmələri və vəzifəli şəxsləri ilə qarşılıqlı əlaqə qurmaq
- Araşdırma nəticələrini təqdim etmək və uyğunluğu və səmərəliliyi artırmaq yollarını tapmaq
Tələblər:
- Ali təhsil
- Microsoft Office proqramlarında yaxşı səviyyədə çalışma bacarığı
- Komanda ilə işləmə bacarığı
- Güclü analitik bacarıqlar.
İş saatı 09.00-18.00.
Şənbə bazar istirahət.
Korporativ nömrə ilə təmin.
Əmək haqqı 1000-1200 Net.