Crystal Group
Hüquqşünas
Son tarix 09 apr 2023 - [email protected]
Namizədə olan tələblər:
- Təhsil: Ali
- İş təcrübəsi: Müvafiq sahə üzrə 2 il iş təcrübəsi olan;
- Yaş həddi: 25-40 yaş
- Dil bilikləri: Azərbaycan və Rus dili
- Kompüter bilikləri: MS Office kompüter proqramlarından sərbəst istifadə etmək bacarığı.
Əlavə tələblər: Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.
İş barədə məlumat:
- Cəmiyyətin digər struktur bölmələrinin fəaliyyətinin həyata keçirilməsində hüquqi yardım göstərilməsi.
- Cəmiyyətin digər struktur bölmələrinin sorğularına əsasən praktiki fəaliyyətlərində əmələ gələn hüquqi məsələlər üzrə məsləhətlər verilməsi.
- Tender sənədlərinin hazırlanmasında iştirak edilməsi.
- Filial və nümayəndəliklərin fəaliyyətə başlaması üçün zəruri sənədlərin hazırlanması və dövlət qeydiyyatı üçün müvafiq qurumlara təqdim edilməsi.
- Cəmiyyətin struktur bölmələrinin əsasnamələri, vəzifə təlimatları, prosedur, proses və müvafiq qaydalarına hüquqi rəy verilməsi.
- Hüquqi məsələlərlə bağlı Cəmiyyətə daxil olan şikayət, ərizə və müraciətlərin araşdırılması, qanunvericiliyə müvafiq cavab hazırlanması.
- Cəmiyyətin bağladığı mülki-hüquqi xarakterli müqavilələrin tərtibində iştirak və onların hüquqi ekspertizasının həyata keçirilməsi.
İş şəraiti:
- İş saatı: 09-00-dan 18-00-dək
- İstirahət: Şənbə və bazar günü
- Əmək haqqı: 1000 azn -1200 azn (NET)
- İş yeri: Shafayat Mehdiyev küç.93
Qeyd: Vakansiyaya müraciət üçün CV-ləri vakansiyanın adını qeyd etməklə göndərməyiniz xahiş olunur.